top
İtaliya A Seriyası: Milan - Sassuolo oyunu öncəsi heyətlər, liderlik yarışı və 15-ci tur icmalı – İDMAN.BİZ-in İCMALI Idman.biz
13 dekabr 2025, 15:00
- +

İtaliya A Seriyası: "Milan" - "Sassuolo" oyunu öncəsi heyətlər, liderlik yarışı və 15-ci tur icmalı – İDMAN.BİZ-in İCMALI

İtaliya A Seriyasında 15-ci turun oyunları cümə günü start götürəcək və 15 dekabra qədər davam edəcək.

İdman.Biz xəbər verir ki, bu qarşılaşmalar skudetto uğrunda mübarizədə qüvvələr balansına ciddi təsir göstərə bilər,

"Milan" – "Sassuolo" (14 dekabr)

"Milan" tura lider kimi çıxır: komandanın 31 xalı var. Eyni göstərici "Napoli"də də mövcuddur, "İnter" isə bir xal geridə qalır. A Seriyasında son oyunda milanlılar "Torino" ilə görüşdə 0:2 hesablı geridönüş edərək 3:2 qalib gəliblər. Xəstəlikdən sonra meydana qayıdan Kristian Pulişiç həmin matçda dubl edib.

Lakin həmin oyunda Rafael Leau zədələnib və "Sassuolo" ilə qarşılaşmada iştirak etməyəcək.

Heyət baxımından meydan sahiblərinin vəziyyəti hələ də mürəkkəbdir. Leaunun yoxluğuna əlavə olaraq, Santyaqo Ximenes və Yussuf Fofananın da bu oyunda oynaması mümkün deyil. "Milan" üçün müsbət məqam ondan ibarətdir ki, komanda avrokuboklarda çıxış etmir və bu da dekabr ayında rəqiblərlə müqayisədə daha rahat təqvim deməkdir.

"Sassuolo" isə "San-Siro"ya səkkizinci pillədə və yaxşı əhval-ruhiyyə ilə gəlir. Komanda son turda "Fiorentina"nı 3:1 hesabı ilə məğlub edib. Bununla belə, "Reuters"in məlumatına görə, qonaqlar əsas hücumçuları Andrea Pinamontidən məhrum olublar - futbolçu ötən turda zədələnib. Bundan başqa, "Sassuolo"da Domeniko Berardi və Daniyel Boloka da zədə səbəbindən sıradan kənardadır.

A Seriyasının 15-ci turunun digər oyunları

"Leççe" – "Piza" (12 dekabr) – 1:0

"Torino" – "Kremoneze" (13 dekabr)

"Parma" – "Latsio" (13 dekabr)

"Atalanta" – "Kalyari" (13 dekabr)

"Fiorentina" – "Verona" (14 dekabr)

"Udineze" – "Napoli" (14 dekabr)

"Cenoa" – "İnter" (14 dekabr)

"Bolonya" – "Yuventus" (14 dekabr)

"Roma" – "Komo" (15 dekabr)

15-ci turun əsas oyunları ərəfəsində A Seriyasının turnir cədvəli

"Milan" – 31

"Napoli" – 31

"İnter" – 30

"Roma" – 27

"Bolonya" – 25

"Komo" – 24

"Yuventus" – 23

"Sassuolo" – 20

"Kremoneze" – 20

"Latsio" – 19

"Udineze" – 18

"Atalanta" – 16

"Leççe" – 16

"Kalyari" – 14

"Cenoa" – 14

"Parma" – 14

"Torino" – 14

"Piza" – 10

"Verona" – 9

"Fiorentina" – 6

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Konfrans Liqasında cavab oyunları

Digər
Bu gün, 18:27

Yeniyetmələr arası bədii üzgüçülük üzrə dünya çempionatı Budapeştdə start götürüb

Futbol
Bu gün, 18:14

"Dinamo" Kiyev "Qarabağ" matçından əvvəl Bakıda məşq keçirib

Futbol
Bu gün, 18:00

“Sumqayıt”ın stadion problemi həll olunur: “Qarabağ”la oyunadək hazır olacaqlar

Futbol
Bu gün, 17:58

Qalatasaray Arsenalın iki futbolçusu ilə maraqlanır

Qarabağ FK
Bu gün, 17:29

"Qarabağ"a qarşı gərgin matç gözləyir" - "Dinamo"nun baş məşqçisi

Futbol
Bu gün, 17:20

İnter İngiltərəli futbolçu üçün təklif göndərib

Futbol
Bu gün, 17:11

Şəfa" brazil hücumçu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 17:07

Latsio "İnter"in yarımmüdafiəçisi ilə müqaviləyə çatıb

Cüdo
Bu gün, 16:18

Azərbaycan cüdoçuları Niderlandda Olimpiya Təlim Düşərgəsində

Futbol
Bu gün, 16:00

Coşqun Diniyevə “Qəbələ” və Türkiyə I Liqasından təklif var

Futbol
Bu gün, 15:40

Mançester Siti argentinalı qapıçı ilə müqavilə bağladı

Futbol
Bu gün, 15:18

Azərbaycanlı futbol məşqçiləri üçün UEFA B kateqoriyalı kurslar keçirilir

Futbol
Bu gün, 15:11

Futbolçu avtobusunda 86 kilo narkotik aşkarlanıb

Futbol
Bu gün, 15:06

Mançester Siti Xoakin Seysi transfer etməyə hazırdır

Futbol
Bu gün, 15:00

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kursu keçirilir

Futbol
Bu gün, 14:02

Şəfa heyətini 4 gənc futbolçu ilə gücləndirib

Qarabağ FK
Bu gün, 13:46

Qarabağ - Dinamo oyununda heyətdə dəyişiklik gözlənilir

Güləş
Bu gün, 13:27

Azərbaycan güləşçiləri Hatayda iki medal qazanıb

Futbol
Bu gün, 13:19

"Barselona" futbol klubu 2026/2027 mövsümü üçün yeni formasını təqdim etdi

Futbol
Bu gün, 13:03

Nigeriyalı futbolçu Daniel Eşiemokhai “Qəbələ”yə qayıtdı

Futbol
Bu gün, 12:47

Mahmud Qurbanov: "Sabah" "Hapoel" səddini də aşa bilər"

Qarabağ FK
Bu gün, 12:20

Azərbaycanın UEFA reytinqindəki mövqeyi

Futbol
Bu gün, 11:59

San-Paulu futbolçularının istifadə etməli olduğu avtobusda böyük miqdarda marixuana tapılıb

Oxşar xəbərlər