top
Milli komandamızın futbolçusu: İngiltərə, İspaniya və Fransa kimi ölkələrdə çıxış etmək arzusundayam Sport24.az
30 may 2025, 16:39
- +

Milli komandamızın futbolçusu: "İngiltərə, İspaniya və Fransa kimi ölkələrdə çıxış etmək arzusundayam"

Dünya futbolunda qol vuran müdafiəçilər daim diqqət mərkəzində olub, bu xüsusiyyətlərinə görə fərqləniblər. Qadınlardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva da onlardan biridir.

 

Sport24.az xəbər verir ki, yığmamızın aparıcı üzvlərindən olan 23 yaşlı mərkəz müdafiəçisi standart vəziyyətlər zamanı rəqib üçün ən təhlükəli oyunçularımızdan birinə çevrilir. Ötən il AÇ-2025-in seçmə mərhələsində Türkiyə yığması üzərində qələbənin memarı olan Mirzəliyeva bu ilin aprelində Litva ilə səfərdəki qarşılaşmada da fərqlənməyi bacarmışdı.

 

Gənc futbolçu AFFA-nın mətbuat xidmətinə Bakıda baş tutacaq bugünkü matçda da ənənəsinə sadiq qalmaq arzusunda olduğunu gizlətməyib.

 

- Qrup mərhələsində son oyununuzu evdə Litva yığmasına qarşı keçirəcəksiniz. Bu matç sizin üçün nə dərəcədə önəm kəsb edir?

- Litva ilə görüş bizim üçün çox vacibdir. Mümkün qədər böyük hesabla qalib gəlməliyik. Qrupda birinci yeri tutmaq üçün maksimum sayda qol vurmağa çalışacağıq. Özümə və komandamıza güvənirəm. Bunu bacaracaq gücümüz var.

 

- Qrup qalibini Litva ilə oyunlar müəyyənləşdirəcək. Kimin birincilik şansı daha çoxdur: Azərbaycan, yoxsa Monteneqro millisinin?

- Monteneqro güclü komandadır. Yüksək səviyyədə çıxış etməyi bacaran kollektivləri var. Əminəm ki, Litva ilə matçda qələbə qazanmağa çalışacaqlar. Amma bizi indi yalnız öz oyunumuz maraqlandırır. Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

 

- İlk oyunda Litvanı məğlub etdiniz. Rəqibin hansı xüsusiyyətlərini vurğulaya bilərsiniz?

- Litva zəif komanda deyil. Aqressiv oynayırlar, meydanda nəsə etməyə çalışırlar. Ancaq bizim üstün cəhətlərimiz daha çoxdur. Komanda olaraq daha çox inkişaf etmişik. Bakıdakı görüşdə qələbə qazanacağımıza inanıram.

 

- Vilnüsdəki qarşılaşmada ikinci qolun müəllifi oldunuz. Bu dəfə komandamıza daha çox qolun lazım olacağını nəzərə alsaq, yenə fərqlənmək şansınızı necə görürsünüz?

 

- İlk növbədə deyim ki, Litvada 2:0 hesablı qələbə qazandığımız və qollardan birinin müəllifi olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq xoş haldır. Əsas odur ki, komandama köməyim dəydi. Ümid edirəm ki, Bakıdakı matçda da belə şans yaranar və yenə qol vuraram.

 

- Yəqin ki, bu cür vacib oyunda azarkeş amili sizin üçün böyük əhəmiyyət kəsb edir. Azarkeşlərə çağırışınız nə olardı?

- Azarkeşlərin oyunlarımıza gəlmələri bizim üçün stimuldur. Belədə daha da həvəslənir, ikiqat əzmlə qələbə qazanmağa çalışırıq. Qarşıdakı oyunda tribunaların dolmasını çox istərdim. Azarkeşlər bu vacib görüşdə komandanı tək qoymasınlar və biz də onları qələbə ilə sevindirək.

 

- Hələ cəmi 23 yaşınız var. Dünyanın hansı klubunda oynamaq istərdiniz?

- Hazırda karyeramı "Zenit"də davam etdirirəm. Gələcəkdə İngiltərə, İspaniya və Fransa kimi ölkələrdə oynamaq istəyirəm.

Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 23:12

Boris Qrebennikov "Azərreyl"də qaldı

Güləş
Bu gün, 22:52

Azərbaycan güləşçiləri Budapeştdəki reytinq turnirində 5 medal qazanıb

Gimnastika
Bu gün, 22:39

Gimnastika üzrə Azərbaycan qrup hərəkətləri komandası Universiadada qızıl medal qazanıb

Futbol
Bu gün, 22:25

"Turan Tovuz"un təşkil etdiyi yay futbol düşərgəsi başa çatıb

Gimnastika
Bu gün, 22:08

Universiada: Gimnastlarımız qızıl medal qazandı, Zeynalova və Seyidzadənin çıxışları başa çatdı

Futbol
Bu gün, 21:56

Kayl Uolker-Peters "Vest Hem"lə anlaşıb

Futbol
Bu gün, 21:49

"Sabah" - "Petrokub" oyunlarının saatları və hakimləri açıqlanıb

Futbol
Bu gün, 21:27

"Sabah" - "Petrokub" oyunlarının hakimləri və başlama saatları açıqlanıb

Futbol
Bu gün, 21:23

Mert Çelik "Sivasspor" ilə müqavilə imzaladı

Gimnastika
Bu gün, 20:57

Akrobatika gimnastikası üzrə Azərbaycan dueti "Dünya Kuboku Seriyasının Qalibi" adına layiq görülüb

Futbol
Bu gün, 20:56

Noni Madueke "Çelsi"dən "Arsenal"a transfer olundu

Futbol
Bu gün, 20:42

Mert Çelik "Sivasspor"da - RƏSMİ

Gimnastika
Bu gün, 20:32

Universiada: İlona Zeynalova və Kamilla Seyidzadənin çıxışları başa çatdı, Zeynalova ilk məşqdən sonra 7-ci yerdədir

Futbol
Bu gün, 20:32

"Qarabağ"ın yeni mövsüm formaları sabah satışa çıxarılır

Boks
Bu gün, 20:27

Usik və Dubua: Çəki Mərasiminin Nəticələri və Döyüşün Favoriti

Güləş
Bu gün, 20:05

Budapeştdəki reytinq turnirində Azərbaycan güləşçilərindən Djioyev qızıl, Xaniyev gümüş, Abakarov bürünc qazanıb

Futbol
Bu gün, 19:58

Valentin Karboni "Cenoa"ya icarəyə verildi

Güləş
Bu gün, 19:52

Budapeşt: Djioyev qızıl, Xaniyev gümüş, Abakarov bürünc medal uğrunda güləşəcək

Boks
Bu gün, 19:50

Usik Dubuadan Çəki Mərasimində 7,6 kq Yüngül Gəldi

Güləş
Bu gün, 19:32

Budapeşt reytinq turniri: Xaniyev gümüş medal qazandı, Djioyev qızıl, Abakarov bürünc medal şansı qazandı

Gimnastika
Bu gün, 19:29

Akrobatika Gimnastikası üzrə Azərbaycan Dueti "Dünya Kuboku Seriyasının Qalibi" Oldu

Gimnastika
Bu gün, 19:08

Azərbaycan və Çexiya Ağırlıqqaldırma Federasiyaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO

Futbol
Bu gün, 18:58

Luis Diasın "Bavariya"dakı maaşı və transfer qiyməti məlum oldu

Futbol
Bu gün, 18:55

Avropa Çempionatında Alişa Lemanna Şəxsi Mühafizəçi Verildi

Oxşar xəbərlər