UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"ın "Petrokub"la (Moldova) keçirəcəyi oyunların başlama saatları dəqiqləşib.
İdman.biz xəbər verir ki, komandalar arasında iyulun 24-də Kişineuda baş tutacaq ilk oyunun start fiti 21:00-da veriləcək.
"Zimbru" stadionunda keçiriləcək matçı İsraildən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Qal Leiboviç, yan xətt hakimləri Omer Barbiro və Yossi Babayoff olacaqlar. Dördüncü hakim funksiyasını Dekel Zino yerinə yetirəcək.
İyulun 31-də "Bank Respublika Arena"da təşkil olunacaq cavab görüşü isə saat 20:00-da start götürəcək. Qarşılaşmada ədaləti serbiyalı hakim briqadası qoruyacaq. Baş hakim Danilo Nikoliçə Milan Şutuloviç və İvan Mikalaçki köməklik edəcəklər. İvan Stamenkoviç isə dördüncü hakim olacaq.
Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Selye"yə (Sloveniya) uduzaraq, turnirlə vidalaşıb.
İdman.biz