İspaniyanın "Real Madrid" komandasının müdafiəçisi Eder Militaonun zədədən qayıdış müddətinin gözlənildiyindən daha tez ola biləcəyi deyilir.
İdman.Biz xəbər verir ki, "Selta Viqo" ilə oyunda əzələsində problem yaşayan braziliyalı müdafiəçi üçün ilkin diaqnoz dörd aylıq bərpa prosesi idi. Lakin "El Chiringuito" yeni tibbi testlərdə ciddi bir yırtığın aşkarlanmadığını yazıb və bu da reabilitasiya dövrünü təxminən iki aya qədər qısalda bilər.
Proqnoz doğrulsa, müdafiəçi fevral ayında yenidən meydanda görünə bilər.
Madrid təmsilçisi bu mövsüm xüsusilə müdafiə xəttində ciddi itkilərlə üzləşib. Din Heysen, Ferlan Mendi, David Alaba və Dani Karvahal kimi oyunçuların sıradan çıxması komandanın rotasiyasını xeyli məhdudlaşdırıb.