Argentinalı ulduz futbolçu Lionel Messi Hindistana təşkil edilən "GOAT" turu çərçivəsində Kalkutta şəhərində öz heykəlinin açılışında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, tura 13 dekabrdan etibarən start veriləcək.
Hündürlüyü 21 metr olan bu abidə dünyada futbolçular üçün qoyulan ən hündür heykəl olacaq.
Messi açılış mərasimində rəmzi lenti kəsəcək və heykəlin üzündəki siması da məhz bu mərasimdən sonra tam şəkildə təqdim olunacaq.
Məlumat üçün əlavə edək ki, "GOAT tour" ifadəsi Lionel Messinin Hindistana səfəri üçün təşkil olunan xüsusi tədbir və görüşlər silsiləsinə verilmiş addır. Buradakı GOAT "Greatest Of All Time" – "Bütün Zamanların Ən Yaxşısı" ifadəsinin qısaltmasıdır və Messiyə azarkeşlər tərəfindən tez-tez belə müraciət olunur.
Yəni "GOAT tour" - Messinin Hindistandakı üç günlük proqramını, azarkeşlərlə görüşləri, tədbirləri və xüsusilə 70 metrlik heykəlin açılışını əhatə edən rəsmi səfər adı kimi istifadə olunur.