"Mançester Siti" klublararası dünya çempionatında ilk görüşünə çıxıb.
İdman.biz xəbər verir ki, G qrupunda yer alan "şəhərlilər" Vidad Ksasblanka" (Mərakeş) ilə qarşılaşıblar.
Oyuna yaxşı başlayan ingilislər artıq 2-ci dəqiqədə hesabı açıqlar. Fil Foden fərqlənib. Birinci hissənin son dəqiqələrində Ceremi Doku ikinci qolu vurub. "Mançester Siti" sonadək 2:0 hesablı qələbə hesabını qoruyub.
Qeyd edək ki, qrupun digər qarşılaşmasında "Yuventus" (İtaliya) "Əl-Ayn"la (BƏƏ) üz-üzə gələcək.
İdman.biz