top
La Liqanın qol statistikası – ARAŞDIRMA İdman.biz
29 may 2024, 09:17
- +

La Liqanın qol statistikası – ARAŞDIRMA

İspaniya La Liqasının yeni başa çatan növbəti mövsümündə komandalar 380 oyuna 1005 qol vurublar (hər oyuna orta - 2,64 qol). Bu, ötənilkindən 50 qol çoxdur və son 6 mövsümdə ən yüksək göstəricidir.

İdman.biz cari mövsümdə La Liqanın qol statistikasını nəzərdən keçirib.

Cari mövsümdə qolların 56,2 faizini (564) meydan sahibləri, 43,8 faizini (441) qonaqlar vurublar. Meydan sahibləri hər oyuna orta 1,48, qonaqlar isə 1,16 qol vurublar. Ötən illə müqayisədə meydan sahibləri 11, qonaqlar 39 qol çox vurublar. Qol nisbətinə görə isə ev sahiblərinin qolları azalıb, qonaqların qolu artıb. Ötən mövsüm bu nisbət faizi 57,9-ün 42,1-ə olmuşdu.

38 turda ortalama hər tura 26,45 qol vurulub.

Ən çox qol 3, 6 və 13-cü turlarda vurulub (35 qol), ən az isə 30-cu turda (17) vurulub. Ən çox qol "Vilyarrel" - "Real" (4:4), "Barselona" - "Vilyarreal" (3:5), "Jirona" - "Malyorka" (5:3) və "Real Sosyedad" - "Qranada" (5:3) matçlarında vurulub. Ən böyük hesablı ev və səfər qələbələri 7 cavabsız qolla əldə edilib. "Jirona" evdə "Qranada"ya 7:0 hesabı ilə qalib gəldiyi halda, Madrid "Atletiko"su səfərdə "Rayo Valyekano"nu bu hesabla üstələyib.

Çempionatın ən məhsuldar komandası Madrid "Real"ıdır – 87 qol (hər oyuna orta – 2,29). Bu, "Kral klubu"nun elə özünə məxsus 12 il əvvəlki rekorddan 34 qol azdır, ancaq elə eyni kluba məxsus bir il əvvəlki mövsümün ən yüksək göstəricisindən 12 qol çoxdur.

Cari mövsümdə "Jirona" 85, "Barselona" 79 qol vurub.

Evdə ən çox qol "Jirona"dadır – 53 (hər oyuna orta – 2,79). "Real" 48, "Barselona" 43 qol vurub.

Səfərdə ən çox fərqlənən "Real"dır – 39 (orta – 2,05). "Barselona" 36, "Jirona" 32 qol vurub.

Bu mövsüm ən az qol vuran "Kadis"dir – 26 qol (0,68). Evdə və səfərdə də ən az qol bu kluba məxsusdur – müvafiq olaraq 16 (0,84) və 10 (0,53).

Bu mövsüm qapısını ən yaxşı qoruyan "Real" 26 qol (0,68) buraxıb. "Atletik"i rəqibləri 37, "Real Sosyedad"ı 39 dəfə məyus ediblər.

Evdə "Real" cəmi 9 qol (0,47) buraxıb. "Valensiya" 14, "Malyorka" 16 dəfə məyus olub.

Səfərdə "Real" qapısında 17 top (0,89) görüb. "Real Sosyedad" və "Atletik"də bu rəqəm 19-dur.

Müdafiənin ən zəifi "Qranada"dır. Son pillənin sahibi ümumi 79 (2,08), səfərdə 47 (2,47) qol buraxıb. Evdə ən çox qol buraxan "Almeriya"dır – 36 (1,89).

Ən yaxşı top fərqi "Real"dadır – ümumi +61, evdə +39, səfərdə +22. Cəmisi 7 komandanın müsbət balansı var.

Ən pis top fərqi ümumi (-41) və səfərdə (-33) "Qranada"dır. Evdə ən zəif göstərici "Almeriya"ya məxsusdur (-14).

Vüqar Məmmədov

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:35

"Mançester Siti" İngiltərə Liqa Kubokunun qalibi oldu

Futbol
Bu gün, 01:25

Hansi Flik Joan Qarsiyanın "Barselona" üçün nə qədər dəyərli olduğunu vurğuladı

Futbol
Bu gün, 01:05

Bundesliqa: "Ştutqart" "Auqsburq"u darmadağın etdi, "Maynz" "Ayntraxt"ı məğlub etdi, "Frayburq" "Sankt-Pauli"yə qalib gəldi - YENİLƏNİB + VİDEO

Şahmat
Bu gün, 00:51

Hampi Koneru FIDE Qadın İddiaçılar Turnirində iştirakdan imtina etdi

Futbol
Bu gün, 00:36

"Kəpəz" - "Qarabağ" oyununda mübahisəli penalti epizoduna AFFA-dan rəsmi şərh - VİDEO

Futbol
Bu gün, 00:28

Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh edib

Futbol
Dünən, 23:59

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinə hazırlaşır

Futbol
Dünən, 23:51

Messi karyerasında 901-ci qolunu vuraraq "İnter Mayami"ni yüksəltdi

Futbol
Dünən, 23:43

"Real"da intizam: Aleksander-Arnoldun derbidə ehtiyatda qalma səbəbi

Futbol
Dünən, 23:37

La Liqa: "Atletik"dən "Betis"ə, "Barselona"dan "Rayo Valyekano"ya, "Alaves"dən "Selta"ya qələbə - YENİLƏNİR + VİDEO

Futbol
Dünən, 23:29

Pep Qvardiolanın məşqçi karyerasında 40-cı titulu

Futbol
Dünən, 23:15

Seriya A: "Roma"nın qələbəsi, "Latsio" və "Atalanta"nın uğurları, "Komo"dan darmadağın - YENİLƏNİR + VİDEO

Futbol
Dünən, 23:05

Joau Feliks "Əl-Nəsr"də rekord ortağı oldu

Futbol
Dünən, 23:00

"Mançester Siti" "Arsenal"ı məğlub edərək Liqa Kubokunu qazandı

Futbol
Dünən, 22:52

Bundesliqa: "Frayburq" "Sankt-Pauli"ni, "Maynz" isə "Ayntraxt"ı məğlub etdi

Futbol
Dünən, 22:43

Liqa 1: "Marsel" - "Lill" oyunu, "Paris"in qələbəsi və digər nəticələr

Futbol
Dünən, 22:31

"Mançester Siti" "Arsenal"ı məğlub edərək Liqa Kubokunu qazandı: Niko O'Raylinin dublu qələbəni təmin etdi

Futbol
Dünən, 22:29

Əvəzedicilər Liqası: "Qəbələ-2" "Kəpəz-2"ni darmadağın etdi (0:4)

Futbol
Dünən, 22:25

"Mançester Siti" azarkeşlərini "Arsenal" matçına aparan avtobus yandı: Xəsarət alan yoxdur

Futbol
Dünən, 22:13

Hansi Flik Qvardiolanın "Barselona"dakı rekordunu təkrarladı

Cüdo
Dünən, 21:59

Azərbaycan cüdoçuları Bremendə Masters Turnirində komanda hesabında birinci oldu - FOTO

Futbol
Dünən, 21:55

"Volendam" səfərdə "Sparta"ya uduzub, Kökçü əvəzlənib

Futbol
Dünən, 21:51

La Liqa: "Alaves" 0:3-dən geri dönərək "Selta" üzərində 4:3 hesablı qələbə qazandı, "Barselona" "Rayo Valyekano"nu minimal hesabla məğlub etdi

Futbol
Dünən, 21:25

U-17 yığma komandamızın heyəti və oyun təqvimi açıqlandı

Oxşar xəbərlər