"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb. Sport24.az xəbər verir ki, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib.
Gəncə klubu səfərdə "Zirə"yə 0:5 hesabı ilə uduzub. "Kəpəz" ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.
Qərb təmsilçisi 685-ci oyununda "250"yə çatıb. "Kəpəz" evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.
Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən "Turan"la səfər matçına təsadüf edib - 0:1.