top
Kəpəzdə kadr dəyişikliyi: İlqar Nadiri vəzifəsindən azad edildi, mətbuat xidməti isə susur Sport24.az
03 sentyabr 2025, 12:00
- +

"Kəpəz"də kadr dəyişikliyi: İlqar Nadiri vəzifəsindən azad edildi, mətbuat xidməti isə susur

Dünən "Kəpəz"də iclas keçirilib. Sport24.az-ın əldə etdiyi məlumata görə, toplantıda komandanın mövsümə uğursuz başlamasının səbəbləri müzakirə olunmaqla yanaşı, klub sturukturunda bəzi dəyişiklər də gündəmdə olub.

 

Mənbəmizin sözlərinə əsasən, müzakirələrdən sonra "sarı-göylər"in baş məşqçisi Adil Şükürova növbəti dəfə şans verilməsi qərara alınıb.

 

Şükürovdan fərqli, İlqar Nadiri barədə fərqli qərar verilib. Uzun müddət Gəncə klubunun İdarə Heyətinin sədri olan, son dəyişikliklərdən sonra klubun əməliyyatlar üzrə rəhbəri postunu tutan funksioner vəzifəsindən uzaqlaşdırılıb.

 

Mənbəmizin bilgisinə görə, həftəiçi Nadirinin "Kəpəz"dən uzaqlaşdırıldığı xəbəri ictimaiyyətə açıqlanacaq. Onunla yanaşı klubun idarəetməsində təmsil olunan bəzi funksionerlər də işlərini itiriblər. 

 

Bu yerdə ortaya sual çıxa bilər ki, niyə bütün məsələləri mətbuat xidməti ilə dəqiqləşdirmədən kluba yaxın mənbəyə istinadən xəbər paylaşırsız? Bəli, haqlı sualdı. Ancaq onu nəzərinizə çatdıraq ki, "Kəpəz"də yarıtmaz idarəçilik olduğu kimi, kommunikasiya da qurulmayıb. Klubda baş verənlərlə bağlı bir neçə dəfə "Kəpəz"in mətbuat xidməti ilə əlaqə saxlayıb suallarımızı ünvanlasaq da, istədiyimiz cavabı ala bilməmişik. Hətta bir dəfə mətbuat xidməti ünvanladığımız suallarla bağlı bizə yox, başqa sayta açıqlama verməyi lazım bilmişdi. Səbəb kimi isə "rəhbərliyin tapşırığı belə oldu" cavabını eşitdik. İndi isə "suallarınızı rəhbərliyə yönləndirmişəm, amma cavab verməyiblər" kimi açıqlamanı aldıq. 

 

Odur ki, bizi qınamayın, məhz bu üzdən bütün xəbərləri mətbuat xidmətindən yox, kluba yaxın mənbədən əldə edib sizlərə çatdırırıq. Çox maraqlıdır ki, bu tapşırığı verən rəsmilər artıq klubdan ayrılıblar. Sadəcə, qərarın ictimaiyyətə açıqlanması qalıb. 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Bu gün, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Bu gün, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Bu gün, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Bu gün, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Bu gün, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Bu gün, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Bu gün, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Bu gün, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Bu gün, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Bu gün, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Bu gün, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Bu gün, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Bu gün, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Bu gün, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Bu gün, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Bu gün, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Bu gün, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Bu gün, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Bu gün, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Bu gün, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Bu gün, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Bu gün, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Bu gün, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər