top
Kəpəz və Panatinaikos arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Report.az
19 iyun 2025, 14:51
- +

"Kəpəz" və "Panatinaikos" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

"Kəpəz"in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov Yunanıstanın "Panatinaikos" klubunun rəhbərliyi ilə baş tutan görüş haqqında fikirlərini bölüşüb.

Gəncə klubunun rəsmisi bu barədə "Report"a açıqlama verib.

"Təşəbbüs İdarə Heyətinin sədri Namiq Qədirovdan gəlmişdi. Onun əlaqələri var. Klub rəhbəri ilə görüşdük. Bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Sloveniyanın "Sele" klubu ilə əməkdaşlıq müqaviləsi bağlanmışdısa, "Panatinaikos" rəhbərliyi ilə, sadəcə, perspektivlər müzakirə olundu. Daha çox aşağı yaş qrupları barədə danışdıq. Elə həmin gün aşağı yaş qruplarının oyunlarını birlikdə izlədik. İş prinsiplərini, gələcəkdə oyunçu mübadiləsi perspektivlərini də müzakirə etdik. Bundan əlavə, aşağı yaş qruplarından ibarət komandaların hansısa turnirlərdə iştirak etməsi haqqında da söhbətimiz oldu", - deyə o bildirib.

"Kəpəz"in İdarə Heyətinin üzvü "Panatinaikos"un skaut sistemi ilə maraqlandıqlarını söyləyib:

"Əsas komandalara gəlincə, düzdür, hazırda statuslar, büdcələr çox fərqlidir. Skaut prinsipləri isə hər yerdə eynidir. "Panatinaikos"un skaut sistemi ilə maraqlandıq. Futbolçunun təklif olunmasından müqavilə imzalamasına qədər olan proseslərlə bağlı danışdıq. Yunanıstan klubunun bir çox futbolçuları fərqli klublarda icarə əsasında çıxış edirlər. Gənc futbolçuları var və onları da nəzərdən keçirəcəyik".

E.İbrahimov başqa klublarla da əməkdaşlıq olacağını vurğulayıb:

"Yaxın planda hələ ki, başqa klubla əməkdaşlıq məsələsi yoxdur. Ancaq olacaq. Yəni bu, strateji hədəf olaraq rəhbərlik tərəfindən seçilir. Namiq müəllim bu məsələlərə böyük önəm verir. Hazırda elə dönəmdir ki, başımız daha çox klubumuza qarışıb. Buna baxmayaraq, vaxtaşırı əməkdaşlıqlar olacaq. "Sele" ilə əməkdaşlıqdan artıq müəyyən fayda görməyə başlamışıq. Bakıya gəldikdən sonra "Sele" rəsmiləri ilə görüş də nəzərdə tutulub".

Qeyd edək ki, "Kəpəz" və "Panatinaikos" rəhbərliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Daha əvvəl isə Sloveniyanın "Sele" klubu ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 13:05

"Quba" iki basketbolçusu ilə müqavilə müddətini artırıb

Futbol
Bu gün, 13:00

"Sumqayıt" Trezor Mossi ilə yolları ayırır?

Futbol
Bu gün, 12:59

Erkin İbrahimov: "Kəpəz"in daxilində də kluba qarşı addımlar atılır

Basketbol
Bu gün, 12:49

"Neftçi" basketbolçu Devonte Qrinlə müqavilə imzaladı

Futbol
Bu gün, 12:42

"Yuventus" Kenan Yıldızla müqaviləni 2030-cu ilə qədər uzatmaq istəyir

Basketbol
Bu gün, 12:37

"Quba" Qoqaladze və Kondratyevlə müqavilə müddətini uzadıb

Digər
Bu gün, 12:32

Fəridə Əzizova "Səhər idmanı" layihəsini yüksək qiymətləndirdi

Basketbol
Bu gün, 12:21

"Neftçi" basketbolçu Devonte Qrinlə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:16

Bəhmən Həsənov "Şəki"nin baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 12:03

Kurt Zuma karyerasını Rumıniyanın "Kluj" klubunda davam etdirəcək

Futbol
Bu gün, 12:00

Çempionlar Liqası: "Qarabağ" heyətinin dəyəri sıralamada 34-cü yerdə

Basketbol
Bu gün, 11:40

NTD 11 basketbolçu ilə yollarını ayırdı

Futbol
Bu gün, 11:40

Andre Onana Səudiyyə Ərəbistanı klubuna keçə bilər

Digər
Bu gün, 11:33

Fəridə Əzizova "Səhər idmanı" layihəsini yüksək qiymətləndirib

Futbol
Bu gün, 11:23

"Mançester Yunayted" Andre Onananı satmağa hazırdır

Basketbol
Bu gün, 11:18

"Sumqayıt" basketbol klubu 4 legionerlə yolları ayırıb

Futbol
Bu gün, 11:17

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev: "İdeal formaya düşməyə çalışıram, ötənilki səhvləri təkrarlamamalıyıq"

Futbol
Bu gün, 11:05

Erkin İbrahimov "Kəpəz"in İdarə Heyətindən ayrıldı - Rəsmi

Futbol
Bu gün, 11:05

"Kəpəz" rəhbərliyi baş məşqçiyə növbəti üç tur üçün hədəf verdi

Futbol
Bu gün, 11:05

"Kəpəz" Erkin İbrahimov ilə yollarını ayırdı

Olimpiada
Bu gün, 11:01

Mixail Deqtyaryov Azərbaycan Səfəri Barədə Düşünür

Futbol
Bu gün, 11:00

Yunis Hüseynov: "İslandiya ilə oyunda bir xal yaxşı nəticə ola bilər, qrupumuz çətindir"

Futbol
Bu gün, 11:00

"Kəpəz"də kadr islahatı: İbrahimov getdi, Şükürova şans verildi

Basketbol
Bu gün, 10:52

NTD bir neçə basketbolçu ilə yollarını ayırıb

Oxşar xəbərlər