top
Turan Tovuzun kapitanı Şəhriyar Əliyev: İdeal formaya düşməyə çalışıram, ötənilki səhvləri təkrarlamamalıyıq Idman.biz
04 sentyabr 2025, 11:17
- ↺ +

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev: "İdeal formaya düşməyə çalışıram, ötənilki səhvləri təkrarlamamalıyıq"

"Yay təlim-məşq toplanışından müəyyən ailə səbəblərinə görə tez qayıtdım. Xəstələndiyim üçün 5-6 gün də komandadan ayrı düşdüm. Amma indi hər şey yaxşıdır, ideal formaya düşməyə çalışıram. Baş məşqçi şans verəcəyi təqdirdə qarşıdakı oyunlarda komandama kömək etməyə çalışacağam".

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

33 yaşlı müdafiəçi baş məşqçidən meydanda oyun şansı qazanmamasının səbəbini izah edib: "Fiziki durumum indi yaxşıdır. Bəzi səbəblərdən komanda ilə tam təlim-məşq toplanışında iştirak edə bilmədim. Üzərimdə işləyirəm ki, qarşıdakı matçlarda baş məşqçi tərəfindən şans qazanam. Nəinki mən, kollektivdəki 25-26 futbolçunun hər biri əlindən gələni etməyə çalışır. Düşünürəm ki, böyüdüləcək problem yoxdur. Baş məşqçinin şans verəcəyi təqdirdə əlimdən gələni edəcəyəm. Deyərdim ki, fasilə tam yerinə düşdü".

Əliyev komandasının Misli Premyer Liqasının 4-cü turunda "Qəbələ" ilə oyuna hazırlaşdığını da bildirib: "Bir neçə gün istirahətdən sonra ilk məşqə çıxdıq. "Neftçi" ilə oyundan sonra komandaya 3 gün istirahət verildi. Çalışacağıq ki, bu fasilədə fiziki durumumuzu yenidən yaxşı formaya gətirək. Zədəli futbolçularımız növbəti oyuna qədər tam sağalmağa çalışacaqlar. Fasilədən sonra "Qəbələ" ilə oyunumuz var. Rəqibimiz də zəif deyil, son oyunlarına baxanda yaxşı komanda olduqları görünür. Çalışacağıq ki, həmin oyuna daha motivasiyalı və hazırlıqlı çıxaq".

Tovuz təmsilçisinin kapitanı cari mövsüm hədəflərini də açıqlayıb: "Kollektiv olaraq qarşıya məqsəd qoymuşuq. Ötənilki səhvləri təkrarlamamalıyıq. Çempionatda ideal formada olmağa çalışacağıq ki, xallar qazanaq, çünki itirdiklərimiz sonra bizə problem yaradır. Bunun üçün əlimizdən gələni edəcəyik. 3 oyunda 6 xalımız var. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərmək üçün əlimizdən gələni edəcəyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Oxşar xəbərlər