top
Karvan-Yevlax Qarabağ matçına baş məşqçisiz çıxa bilər Idman.biz
27 noyabr 2025, 18:40
- +

"Karvan-Yevlax" "Qarabağ" matçına baş məşqçisiz çıxa bilər

Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"la qarşılaşacaq "Karvan-Yevlax"ın düşərgəsində xaos yaşanır.

İdman.Biz "teleqraf"a istinadən xəbər verir ki, klubun rəsmi müqavilə ilə baş məşqçisi olan Azər Həşimov komandadan göndərilib, onun yerinə isə qeyri-rəsmi olaraq Füzuli Məmmədov gətirilib.

Füzuli Məmmədov artıq bir neçə gündür "Karvan-Yevlax"ın düşərgəsinə qoşulub və komandanı növbəti oyuna hazırlayır.

Lakin problem ondan ibarətdir ki, klub rəhbərliyi hələ Azər Həşimovla rəsmi qaydada yolları ayırmayıb.

Bunu Azər Həşimov da sayta açıqlamasında təsdiqləyib. O bildirib ki, yalnız təzminat ödənildiyi halda müqaviləyə xitam verilə bilər:

"Sadəcə, belə qərar veriblər. Necə istəyirlər, elə də edirlər. Rəhbərlik hələ mənimlə görüşməyib. "Kəpəz"lə oyundan iki gün sonra mənə zəng etdilər ki, istefa verməlisən. Mən də demişəm ki, təzminatımı almamış istefa verməyəcəm. Azər Həşimov futbol oynayan zaman da hüququnu, qürurunu, nüfuzunu qoruyub, bu gün də. Ola bilər, Azərbaycan futbolunda məni sakittəbiətli biri kimi tanıyırlar. İşimizin öhdəsindən gəlməyə çalışırıq. Amma qayda-qanun var. Ona görə, müqaviləm maya qədərdir, təzminatımı almamış, heç bir şeylə razılaşmayacağam. Növbəti turla bağlı heç bir fikrim yoxdur. Mənə bir kəlmə deyiblər ki, gəlmə".

Komandanın "Qarabağ"la oyunda kim tərəfindən idarə olunacağı ilə bağlı yaranan suala cavab verən Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, Azər Həşimovun gedişi və ya yeni baş məşqçi ilə bağlı "Karvan Yevlax"dan PFL-ə heç bir müraciət daxil olmayıb:

"Baş məşqçinin komandanı oyuna çıxarmaq üçün qeydiyyat sifarişi olmalıdır. İndiki məqamda bizdəki sənəddə baş məşqçi Azər Həşimovdur".

Göründüyü kimi, hazırda "Karvan-Yevlax"ın iki baş məşqçisi var. Biri rəsmi, digəri isə qeyri rəsmi. Görünən odur ki, iki gün ərzində, yəni noyabrın 29-da "Qarabağ"la keçirilən oyuna qədər məsələ həll olunmasa, Yevlax təmsilçisi Ağdam klubu ilə matça baş məşqçisiz çıxacaq.

Məsələ ilə bağlı "Karvan-Yevlax"ın prezidenti Kənan Kərimov və qeyri-rəsmi baş məşqçisi Füzuli Məmmədov açıqlama verməyib. Klubun mətbuat xidməti isə məsələ ilə bağlı sabah rəsmi açıqlama yayacağını bildirib.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:07

Klaudio Xiraldes "Selta Viqo" ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb

Futbol
Bu gün, 03:04

"L'Équipe" Liqa 1-in ən çox qazanan futbolçularının siyahısını dərc edib: İlk 30-luqda kimlər var?

Futbol
Bu gün, 02:15

Ranokkiadan İtaliya futbolunun inkişafındakı problemlərə dair açıqlama

Futbol
Bu gün, 01:56

"Sabah"ın Avrokuboklardakı ilk qolunu vuran Letiç vətənində "Sloqa Meridian"a keçdi

Futbol
Bu gün, 01:37

PSJ Kamavinqanı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 01:18

Roberto De Dzerbi rəsmən "Tottenhem"in baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 00:58

Çempionlar Liqası: "Arsenal" və "Bavariya" yarımfinaldadır

Futbol
Bu gün, 00:37

Donnarumma İtaliyanın DÇ-yə vəsiqə qazana bilməməsindən sonra göz yaşlarını saxlaya bilməyib

Futbol
Bu gün, 00:26

Arne Slot: Salah "Liverpul"dan əfsanə kimi ayrılacaq

Futbol
Bu gün, 00:18

Qlasner klub rəhbərliyini tənqid etdiyinə görə peşman olmadığını bildirib

Futbol
Dünən, 23:42

Arne Slot: Məhəmməd Salah "Liverpulu" əfsanə kimi tərk edəcək

Futbol
Dünən, 23:27

"Bavariya" "Mançester Yunayted" üzərində qələbə ilə Qadınlar arasında Çempionlar Liqasının yarımfinalına yüksəldi

Futbol
Dünən, 23:24

Abdukodir Xusanov "Mançester Siti"də Martın Ən Yaxşı Oyunçusu Seçilib

Digər
Dünən, 23:11

Stend Atıcılığı üzrə Federasiya Kuboku 2026-ya Start Verildi

Boks
Dünən, 22:55

Fares Ziam Rafael Fiziyevi Bakıda döyüşə çağırıb

Şahmat
Dünən, 22:55

Rauf Məmmədov "Grenke" Şahmat Festivalında

Futbol
Dünən, 22:46

Aleksandr İsak zədədən sonra "Liverpul"da məşqlərə başlayır

Minifutbol
Dünən, 22:40

Zaur Axundovun ev dustaqlığı müddəti uzadıldı

Futbol
Dünən, 22:26

Prestianni Vinisius və Mbappe ilə münaqişəsinə aydınlıq gətirib: İrqçilik ittihamları və matçdakı təxribatlar

Cüdo
Dünən, 22:25

Gəncədə 120 cüdoçu kəmər dərəcələri üzrə imtahanda iştirak edib

Futbol
Dünən, 22:11

Fabrizio Romano: "Barselona" və "İnter" arasında Bastoni ilə bağlı danışıqlar olmayıb

Futbol
Dünən, 21:56

Donnarumma: Dünən oyundan sonra ağladım

Boks
Dünən, 21:55

Floyd Meyvezer - Tarixin Ən Çox Qazanan Boksçusu Siyahısında Birinci Yerdədir

Futbol
Dünən, 21:40

Marko Yankoviç: Məğlubiyyətə baxmayaraq, daha təhlükəli oluruq

Oxşar xəbərlər