top
İsmayıl İbrahimli: İmişli ilə oyun, limitin faydaları və çempionluq şansı haqqında Idman.biz
22 dekabr 2025, 16:38
- +

İsmayıl İbrahimli: "İmişli" ilə oyun, limitin faydaları və çempionluq şansı haqqında

"Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Demək olar ki, 11 nəfərlə müdafiə oluna bilirlər".

Bunu "Zirə"nin və Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimli sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 16-cı turunda "İmişli" ilə qolsuz heç-heçə etdiniz. Qələbəyə nə mane oldu?

- Matça yaxşı başlamışdıq. Qarşılaşmada topa nəzarət də sonadək bizdə idi. Məncə, bu görüşdə yalnız qol çatışmadı. Qalibiyyət bizim üçün çox vacib idi. Amma nə etmək olar? Çempionatın ilk yarısı geridə qaldı. Bundan sonra daha çox xallar yığıb yuxarı pillələrdə olmaq istəyirik.

- "İmişli" çempionatın debütantıdır. Birinci dövrədə də bu komanda ilə heç-heçə etmişdiniz...

- Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Demək olar ki, 11 nəfərlə müdafiə oluna bilirlər. Onlara qarşı qol şansları yaratmaq çətindir. Amma bu matçda da yaxşı fürsətlərimiz oldu. "İmişli" səfərdə çox klublardan xallar alıb və yaxşı oyun sərgiləyib.

- Misli Premyer Liqasında ilk yarı başa çatır. İstədiyiniz, arzuladığınız pillədəsinizmi?

- Bundan da çox xalımız ola bilərdi. Amma özümüzdən asılı olmayan səbəblər var. Məncə, mövsümün ilk yarısında çoxlu zədəli futbolçularımız oldu. Hazırda da belədir. Bu da bizim oyunumuza öz təsirini göstərir. Bu, bizim problemimizdir. Düşünürəm ki, bundan da çox yığa bilərdik. Amma çempionat qarşıdadır.

- Birinci turdan təxirə salınmış oyunda son çempion "Qarabağ" "Sabah"a uduzmuşdu. Bu, sizdə əlavə motivasiya yaradırdı?

- Biz də ən yuxarı pillədə olmaq istəyirik. Amma həmin matçın bizə aidiyyatı yox idi. Hansı tərəf qalib gəlsəydi, bizə qələbə lazım idi. Təəssüflər olsun ki, biz istəyimizə, qələbəyə nail ola bilmədik.

- "Zirə" artıq neçənci ildir ki, mükafatçılar sırasına düşür. Amma hələlik titulu yoxdur. Ölkə kubokunda və ya çempionatda bu mövsüm bunu əldə etmək olar?

- Əlbəttə olar. Ötən mövsümdə də buna yaxın idik. Amma alınmadı. "Qarabağ"ın olduğu çempionatda iki mövsüm ardıcıl ikinci yeri tutmaq pis nəticə deyil. "Qarabağ" neçə ilin çempionudur. Onlarla rəqabət aparmaq çətindir. Biz də titul əldə etmək istəyirik, bu çox önəmlidir. Ümid edirəm ki, bu mövsüm bizə nəsib olacaq.

- "İmişli" ilə matçda start heyətdə meydanda olan iki azərbaycanlı futbolçudan biri də siz idiniz. Sizcə, limitin ləğvi digər yerli futbolçuların yolunu kəsib?

- Bu məsələ çox gündəmdədir. Azərbaycanlı futbolçular fikir bildirəndə elə başa düşürlər ki, rəqabətdən qaçırıq. Elə bir şey yoxdur. Yerli və əcnəbi oyunçuların hamısı rəqabətdədir. Limit olanda da rəqabət aparırdıq, indi də elədir. Görünən odur ki, hər klubda oynayan azərbaycanlı futbolçular azdır. Mən hansısa fikir bildirsəm, səhv başa düşülə bilər. Hamı rəqabət aparmalıdır. Limitin ləğvinin faydalı və faydasız olduğunu deyə bilmərik. Bunu zaman göstərəcək. Amma reallıq odur ki, azərbaycanlı futbolçular az oynayırlar. Adların da çəkmək olar. Düşünürəm ki, limitin ölkə futboluna faydası var idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

„Arsenal“ 3 futbolçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:18

„Tottenhem“ müdafiəçisi Miki van de Venlə müqavilə uzadıb

Futbol
Bu gün, 08:00

Kolumbiyada futbol çempionatı dayandırıldı

Futbol
Bu gün, 07:14

Ronald Arauxo “Liverpul”a transferini şərh edib

Futbol
Bu gün, 06:15

Nottingem Forest sahibi Kristal Palas azarkeşlərinin banneri ilə bağlı məhkəməyə müraciət edib

Futbol
Bu gün, 04:13

Atletiko və Tottenhem Romeronu transfer etmək üçün danışıqlar aparır

Futbol
Bu gün, 03:10

Ceff Bezos “Liverpul”un səhmlərini almaq üçün investorlar qrupuna qoşulacaq

Futbol
Bu gün, 02:07

Kolumbiyada zəlzələ səbəbi ilə futbol çempionatı dayandırılıb

Digər
Bu gün, 01:53

Dana Uayt: UFC növbəti 10 il ərzində İrlandiyaya qayıdacaq

Futbol
Bu gün, 01:18

"Barselona"nın oyunçusu mövsümün başlanğıcında meydanda olmayacaq

Futbol
Bu gün, 00:57

Əl-Mehdi Mauhub “Dubay Yunayted”ə qoşulub

Futbol
Bu gün, 00:34

Real Madird 2026/2027 mövsümü üçün yeni transferlərin forma nömrələrini açıqlayıb

Digər
Bu gün, 00:13

Viktoriya Sidorenko Çin turnirində ikinci yeri tutdu

Futbol
Dünən, 23:54

Endrik yay transfer pəncərəsində “Real”dan ayrılmayacaq

Futbol
Dünən, 23:37

Manor Solomon “Vest Hem”ə keçib

Basketbol
Dünən, 23:24

LANDAU Lions klubuna yeni transfer

Futbol
Dünən, 23:07

Barselona Rodri ilə müqavilə bağlamağı planlaşdırır

Futbol
Dünən, 22:55

AFFA tərəfindən məşqçilər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda vebinar keçirilib

Futbol
Dünən, 22:34

AFFA tərəfindən məşqçilər üçün psixoloji rifah və peşəkar tükənmişlik mövzusunda vebinar keçirilib

Cüdo
Dünən, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Dünən, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 21:44

Volfsburqdan transfer

Futbol
Dünən, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Dünən, 21:26

Real Madridin yeni forma nömrələri

Oxşar xəbərlər