Simone İnzagi "İnter"in baş məşqçisi vəzifəsini tərk edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, bu gün komandanın rəhbərliyi ilə keçirilən görüşdən sonra ayrılıq qərarını verib. İtaliyalı mütəxəssis yaxın günlərdə "Əl-Hilal"la müqavilə bağlayacaq. Simonenin Səudiyyə Ərəbistanında ilə 25 milyon dollar qazanacağı məlum olub.
Qeyd edək ki, "İnter" İnzaginin rəhbərliyi ilə 2023/2024 mövsümündə İtaliya çempionu olub. Komanda Çempionlar Liqasının finalında 2023-cü ildə "Mançester Siti", 3 gün əvvəl isə PSJ-yə uduzub.