Qadınlardan ibarət futbol üzrə İngiltərə millisi 2025-ci il Avropa çempionatının qalibi olub.
İdman.biz xəbər verir ki, ingilislər finalda İspaniya komandasını 1:1 hesabı ilə bitən əsas və əlavə vaxtın ardından penaltilər seriyasında məğlub ediblər - 3:1.
Bununla İngiltərə millisi 2023-cü il dünya çempionatının həlledici matçındakı məğlubiyyətin (0:1) əvəzini ispanlardan çıxmış olub.
İdman.biz