top
İmişlinin Qubada oynaması klubun addımlarından asılıdır: PFL çatışmazlıqları açıqladı Idman.biz
Dünən, 17:34
- +

"İmişli"nin Qubada oynaması klubun addımlarından asılıdır: PFL çatışmazlıqları açıqladı

"İmişli"nin Azərbaycan Premyer Liqasında ev oyunlarını Quba Olimpiya Kompleksində keçirib-keçirməyəcəyi klubun atacağı addımlardan asılıdır.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, PFL tərəfindən Quba Olimpiya Kompleksinə baxış keçirildiyini bildirib: "İmişli" klubunun müraciəti əsasında PFL tərəfindən Quba Olimpiya Kompleksinə baxış keçirilib. Sevindirici haldır ki, baxış nəticəsində xeyli müsbət məqamlar olduğu aydınlaşıb. Stadionun 3 tərəfində tribuna var və oyunların keçirilməsi üçün uyğundur. Stadionun ot ortüyü təbiidir və yaxşı vəziyyətdədir. Sulama sistemi də standartlara uyğundur".

Abdullayev stadionda çatışmazlıqların olduğunu da vurğulayıb: "Ehtiyat oyunçular skamyasına və texniki zonaya əl gəzdirilməlidir. Ümumilikdə paltardəyişmə və hakimlər otaqlarında durum normaldır, ancaq müəyyən işlərin görülməsinə ehtiyac var. Mətbuat konfransı və media iş otağı hazırlanmalıdır. VİP yerlər və dopinq otağında da işlər görülməlidir. Bununla yanaşı, azarkeşlərin yerləşməsi və rahatlığı üçün bəzi dəyişikliklərə ehtiyac var. Ən qısa zamanda yayım üçün "CBC Sport" kanalının əməkdaşları da stadiona baxış keçirəcəklər. Çəkiliş platformaları və şərhçi mövqeyi üçün istəklərini bildirəcəklər. PFL tərəfindən bütün çatışmazlıqlar detallı şəkildə kluba göndərilib. "İmişli"nin ev oyunlarını orada keçirib-keçirməyəcəyi klubun atacağı addımlardan asılıdır".

Qeyd edək ki, Premyer Liqanın digər təmsilçilərindən "Turan Tovuz"un ev oyunlarını "Azərsun Arena"da, "Kəpəz"in Qəbələ şəhər stadionunda, "Karvan"ın isə Şamaxıdakı stadionda keçirəcəyi daha öncə açıqlanıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:34

La Liqada məşqçilərə VAR tələbi hüququ verilir

Futbol
Dünən, 23:06

"Roma" Uesli Fransanı transfer etdi: Braziliyalı müdafiəçi 5 illik müqavilə imzaladı

Futbol
Dünən, 22:54

La Liqada baş məşqçilər üçün VAR sorğusu qaydası tətbiq oluna bilər

Futbol
Dünən, 22:41

Dan Ndoy "Nottingem Forest"ə keçməyə yaxındır

Futbol
Dünən, 22:33

"Mançester Yunayted" müqaviləsini uzatdığı qapıçısı Viteki icarəyə verib

Formula 1
Dünən, 22:25

"Mersedes" Corc Rassellə Yeni Rekord Müqavilə Təklif Edir

Boks
Dünən, 22:10

Avropa Çempionatında qalmaqal: Azərbaycanlı məşqçi rinqdə hakimi boğdu

Futbol
Dünən, 21:50

Cavid Tağıyevin evindən oğurluq edən ASAN Xidmət əməkdaşına məhkəmə hökmü oxundu

Futbol
Dünən, 21:34

"İmişli" hazırlıq planını dəyişdi: Qəbələdə məskunlaşacaq və iki oyun keçirəcək

Futbol
Dünən, 21:32

Pep Qvardioladan "Mançester Siti"dən Sonra Karyeraya Fasilə Barədə Açıqlama

Futbol
Dünən, 21:26

"Karvan" və "İmişli" yoxlama oyununda qarşılaşacaq

Güləş
Dünən, 21:02

Lətif Əliyev U-15 Avropa Birinciliyində qızıl və gümüş medal qazanıb

Futbol
Dünən, 20:57

Tahir Gözəl: "Şelburn" oyunu, transferlər və komandanın gücləndirilməsi planları

Güləş
Dünən, 20:48

Lətif Əliyev Avropa birinciliyində qızıl və gümüş medal qazanıb

Futbol
Dünən, 20:31

"İmişli" klubu hazırlıq üçün Qəbələyə yollanıb

Futbol
Dünən, 20:26

"Sumqayıt" "Qarabağ"dan Rüstəm Əhmədzadəni transfer edib

Futbol
Dünən, 20:23

Rüstəm Əhmədzadə "Sumqayıt"a keçdi - RƏSMİ

Formula 1
Dünən, 20:17

"Mersedes" Corc Rassellə yeni müqavilə bağlayır: Rekord maaş təklifi

Futbol
Dünən, 20:11

"Səbail" "Araz-Naxçıvan"dan Vüsal Şabanovu transfer etdi

Minifutbol
Dünən, 19:58

"Araz-Naxçıvan" Braziliyalı Filippinyonu transfer etdi

Gimnastika
Dünən, 19:49

Tatyana Tarasova Veronika Jilinanın Azərbaycan yığmasına keçid ehtimalı barədə danışıb

Futbol
Dünən, 19:46

Futbol transferlərinin qiymətlərinin zamanla dəyişməsi

Futbol
Dünən, 19:28

"Çelsi" Mayk Pendersi "Strasbur"a icarəyə verdi

Minifutbol
Dünən, 19:26

"Araz-Naxçıvan" Braziliyalı və Filippinli futzalçıları heyətinə qatıb

Oxşar xəbərlər