"Roma" braziliyalı futbolçu Uesli Fransanı transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, "canavarlar" cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalayıblar.
Roma təmsilçisi bu keçidə görə "Flamenqo"ya 25 milyon transfer və 5 milyon avro isə bonuslar şəklində ödəmə edəcək.
Qeyd edək ki, Fransanı bu mövsümdə "Flamenqo"nun heyətində Braziliya A Seriyasında 11 oyunda bir qol və iki ötürmə ilə yadda qalıb.
İdman.biz