top
Həbib Ağayev: “Qız futbolunu inkişafı üçün oğlan futbolundan dəstək almalıyıq” - MÜSAHİBƏ + FOTO Idman.biz
20 aprel 2026, 16:57
- ↺ +

Həbib Ağayev: “Qız futbolunu inkişafı üçün oğlan futbolundan dəstək almalıyıq” - MÜSAHİBƏ + FOTO

"Qız futbolunda belə nəticələr, xüsusən də aşağı pillələrdə olan komandalar üçün tez-tez baş verir".

Bunu Azərbaycanın 19 yaşadək qız futbolçulardan ibarət millisinin baş məşqçisi Həbib Ağayev Kruz report.az-a müsahibəsində deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Xorvatiya (0:6), Çexiya (0:9) və Gürcüstan (1:4) millilərinə qarşı oyunlardan danışıb.

Həmin müsahibəni təqdim edirik.

- Gürcüstanla oyuna erkən qolla başlasanız da, hesabı qoruya bilmədiniz. Məğlubiyyətin əsas səbəbi yorğunluq oldu, yoxsa əvvəlki nəticələr səbəbindən yaranan konsentrasiya itkisi?

- Qrupdakı rəqiblərimizin üçü də çox güclü idi. Xüsusilə Xorvatiya və Çexiya digərlərindən xeyli üstün idilər. Gürcüstan ötən mərhələdə bizi 4:0 hesabı ilə məğlub etmişdi. Buna görə də rəqibin gücünə bələd idik. Oyuna çox istəkli və yaxşı başladıq, ilk 10 dəqiqədə təzyiq edib penalti qazandıq və hesabı açdıq. Amma hesabı qoruya bilmədik. Səviyyə fərqi sözünü dedi. Rəqibin heyətində "Roma" ilə müqavilə imzalayan, üstün keyfiyyətlərə malik hücumçu var idi. Üstəlik, iki ağır oyundan sonra futbolçularımızın gücü cəmi 10 dəqiqəyə çatdı. Ehtiyat oyunçular skamyamız geniş olmadığı üçün rotasiyalar edə bilmirik. Bu da fiziki dözümlülüyə təsir edir.

- Qarşılaşmanın son dəqiqələrində Aysu Əsədovanın qırmızı vərəqə alaraq meydandan qovulması intizamsızlıqdan xəbər verir, yoxsa oyunun gərginliyindən irəli gəlirdi?

- Bu, sırf əsəblə bağlı idi. Qızlar bu oyunda nəticə qazanmağı çox istəyirdilər. Rəqib komandanın futbolçuları, xüsusən də "10" nömrəli futbolçusu, komandanın kapitanı oyun ərzində bizimkiləri təxribata çəkirdi. Aysu da bu təzyiqə dözməyib əsəblərini cilovlaya bilmədi və rəqibi vurduğu üçün qırmızı vərəqə aldı.

- Üç oyuna 19 qol buraxıb, cəmi 1 qol vurduğunuz seçmə mərhələni necə dəyərləndirirsiniz?

- Qız futbolunda belə nəticələr, xüsusən də aşağı pillələrdə olan komandalar üçün tez-tez baş verir. Məsələn, elə Gürcüstanın özü Çexiya və Xorvatiyadan ümumilikdə 10 top buraxmışdı. Hətta Çexiyanın Xorvatiyadan daha güclü olduğunu deyərdim. Sadəcə, penaltilər seriyasında bəxtləri gətirmədi. Bizim böyük komandalarla başabaş oynamağımız üçün hələ çox zaman lazımdır. Bunun üçün səbrli olmalı və uşaq futbolunu inkişaf etdirməliyik. Bu gün 19 yaşadək qızlardan ibarət komandanı bir addım sonrakı - əsas milliyə hazır vəziyyətdə vermək qeyri-mümkündür. Sistem aşağı yaş qruplarından qurulmalı və inkişafa qız futbolunun kökündən başlanılmalıdır. Bu işlər görülməsə, əsas komandamızın çətinlikləri ildən-ilə artacaq.

- Xorvatiya (0:6) və Çexiya (0:9) ilə oyunlarda qeydə alınan böyükhesablı məğlubiyyətlərin səbəbi nə idi?

- Əsas səbəb həmin ölkələrdə qız futbolu mədəniyyətinin olmasıdır. Onlarda aşağı yaş qruplarında oğlanlarla qızlar bir yerdə məşq edib oyunlarda iştirak edirlər. Bu da onların inkişafına birbaşa təsir göstərir. Həmin futbolçular qızların komandalarında seçilirlər. Bizdə isə bu proses hələ yeni başladığı üçün aradakı fərq çox böyükdür.

- Hazırkı U-19 millisinin səviyyəsi rəqiblərlə müqayisədə kifayət qədər aşağı göründü. Heyətdə perspektiv vəd edən futbolçuların azlığı işinizə necə təsir edir?

- Əlbəttə, səviyyəli oyunçu sayının azlığı səbəbindən çətinlik çəkirik. Keyfiyyətli oyunçular nə qədər çox olarsa, nəticələr də bir o qədər fərqli olar. Bunun üçün yenə də aşağı yaş qruplarına diqqəti artırmalıyıq ki, U-19 səviyyəsinə daha hazırlıqlı futbolçular gəlsin. Belədə milliyə böyük dəstək olarıq.

- Bu seçmə mərhələdən sonra heyətdə köklü dəyişikliklər etməyi və ya bəzi futbolçularla yolları ayırmağı düşünürsünüzmü?

- Onsuz da yaşa görə 3-4 oyunçu komandanı tərk edəcək. Seçim imkanımız və oyunçu bazamız o qədər də geniş deyil ki, kimisə kənarlaşdırıb yerinə başqasını gətirək. Heyət çətinliklə formalaşır. Seleksiya baxımından ciddi sıxıntılar yaşayırıq. Ona görə də köklü dəyişiklik barədə düşünmürük.

- Azərbaycanda qız futbolunun inkişafı və rəqabətədavamlı komanda formalaşdırmaq üçün bundan sonra hansı addımların atılmasına ehtiyac var?

- Bölgələrdə istedadlı qızları axtarıb tapmalı və nəzarəti gücləndirməliyik. Şəxsi fikrim budur ki, qız futbolunu inkişaf etdirmək üçün oğlan futbolundan dəstək almalıyıq. Məsələn, xaricdə aşağı yaşlı oğlanların liqalarında komandada bir qızın oynamasına icazə verilir. Oğlanlarla birlikdə oynayan qızlar sonradan digərlərindən yaxşı mənada fərqlənirlər. Bizdə də U-7, U-8 liqalarında belə bir addım atılsa, bunun böyük xeyri olar. Məsələn, Ayşən Salamzadə nümunəsi var - o, uşaqlıqdan oğlanlarla oynadığı üçün texnikası və topu saxlamaq qabiliyyəti digərlərindən kəskin fərqlənir. Xarici təcrübədəki ən yaxşı metodları tətbiq etməli və səbrlə nəticəni gözləməliyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Oxşar xəbərlər