Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Qeyd edək ki, G.Gönül karyerası ərzində "Fənərbağça" və "Beşiktaş" klublarının formasını geyinib. O, "Fənərbağça" ilə 2, "Beşiktaş"la 1 dəfə ölkə çempionu olub.