top
Futbolumuzun “Akademik teatrı”na xitabən… Sport24.az
10 fevral 2025, 17:10
- ↺ +

Futbolumuzun “Akademik teatrı”na xitabən…

RƏŞAD QASIMOV

Bu yaxınlarda xalq artisti Afaq Bəşirqızının adını yadıma sala bilmədiyim saytlardan birinə (buna görə həmin saytın əməkdaşından üzr istəyirəm) müsahibəsini oxudum. Kinomuzun "Söylüsü" səhnə ulduzlarının maaşından danışıb. O bildirib ki, ölkə başçısı ilə görüşdə aktyorların aşağı əmək haqqı aldığını qabardıb, porblemin həll olunmasını xahiş edib. Onu da qeyd edib ki, bundan sonra teatr sahəsində çalışanların məvacibləri yüksəldi, ilk növbədə "akademik" statusu daşıyan teatrda çalışanların maaşları artdı.

Özlüyümdə "bəlkə həmin "akademik" status daşıyan teatrda çalışan bəzi aktyor və aktrisalar digər teatrlarda işləyənlərdən heç də istedadlı deyillər, nəyə görə belə ayrı-seçkilik olmalıdı" deyə, düşündüm. Ancaq sonradan belə qənaətə gəldim ki, status həyatda çox önəmli rol oynayır. Bir var, hansısa rayon və şəhərin teatrı, bir də var ölkənin bir nömrəsi – Milli Akademik Dram Teatrı...

 

Heç şübhəsiz ki, bu il 152 yaşını qeyd edəcək sənət ocağı ilə digər teatrlartımızı müqayisə etmək olmaz. El arasında daha çox "Azdrama" kimi tanınan teatr geridə qoyduğumuz illərdə yüksək peşəkar səviyyəli tamaşaları ilə cəmiyyətin inkişafında müstəsna rol oynayıb və oynayır. Bu teatrda adları tarixə qızıl hərflərlə yazılmış saysız-hesabsız sənətkarlar ordusu yetişmişdir. Odur ki, maaş məsələsində düzgün addım atıldığı qənatinə gəldim.

Yox, idmanı, daha doğrusu, futbolu buraxıb mədəniyyətdən yazmağa keçməmişəm. Sadəcə, bunu aşağıda qeyd etmək istədiklərimə giriş kimi qəbul edə bilərsiz.

Bu gün üçün Azərbaycan futbolunda "akademik" statuslu bir klub var ki, onun da "Qarabağ" olduğu heç kimə sirr deyil. Ağdam təmsilçisi səhv etmirəmsə, 15 ildən artıqdı ki, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edir. El dili ilə desək, 15 ildi ki, ağdamlılar avrokuboklarda üzümüzü ağ edir. Ancaq cari mövsümdə "süvarilər" qitə səhnəsində arzuladığımız və istədiyimiz kimi iştirak edə bilmədi, Avropa Liqasında 36 komanda arasında sonuncu oldu. Və buna görə də çoxları Qurban Qurbanovun komandasını az qala "xalq düşməni" çıxarmaq istəyir. Futbolun amansız idman növü olduğu çoxdan bəllidi. Bu gün səni "milli qəhrəman" kimi qəbul edənlər, sabah yıxıb-sürüyə bilərlər ki, bu da heç təəccüblü qəbul olunmamalıdır. Ancaq "Qarabağ"a qarşı bu münasibət heç də keçərli deyil.

Futbolda eyni səviyyədə uzun illər çıxış etmək demək olar ki, mümkün deyil. Hətta dünyanın top-klubları belə bir neçə il ardıcıl uğurlu çıxışdan sonra eniş yaşayıb ki, bunun dəfələrlə şahidi olmuşuq. Bu yerdə nümunələr göstərib çox vaxtınızı almaq istəmirəm. Ancaq istəsək də, istəməsək də bu faktı qəbul etməliyik. Ağdam təmsilçisinin ötən il Avroliqada yaddaqalan çıxışından sonra "fasilə" götürəcəyi anlaşılandı. Niyə?

Birincisi, artıq cari mövsümdən Avropa Liqasında format dəyişdi. Əvvəlki illərdə qrupdan çıxmaq, pley-offa yüksəlmək üçün Qurbanovun komandası 3 komanda ilə mübarizə aparmalı idisə, yeni reqlamentə əsasən 7 fərqli rəqiblə görüşdən üzüağ çıxmaq lazım idi. Görünən o oldu ki, təmsilçimiz hələ buna hazır deyildi.

İkincisi, ötənilki uğurlu çıxışdan sonra ağdamlıların aparıcı futbolçularının "elçiləri" çoxalmışdı. Hələ yayda bu qış "Flaminqo"ya transfer olunan Juninyoya, Marko Veşoviçə, Lendro Andradeyə, Yassin Benziaya, Marko Yankoviçə Avropa təmsilçilərindən təkliflər var idi. Cəlbedici dəvətlər isə futbolçunun beynini qarışdırır, onun komandasının oyununa köklənməsinə mane olur. Bu da istər-istəməz nəticədə əksini göstərir.

Üçüncü və ən vacibi, istənilən uğurlu kollektivdə nəsildəyişmə prosesi qaçılmazdı. "Qarabağ"da artıq bu il bu cığırla getməli idi ki, bunu da görürük. Juninyo və Julio Romao getdi, yayılan söz-söhbətə görə, Aleksey Kaşuk da yol üstündədi. Nə qədər ağır olsa da, "Qarabağ"ın məşqçilər korpusu yeni komanda formalaşdırmaq məcburiyyətindədir. Uğura ac, daha çox qazanmaq istəyən (hər mənada) və ən əsası özünü sübut etmək istəyən futbolçulardan ibarət kollektiv formalaşmalıdı.

Ağdamlılar isə bunu bacarır: istər rəhbərlik, istər məşqçilər, istərsə də seleksiyaçılar səviyyəsində. Qışda Kadi kimi əjdahanı geri qaytaran Qurbanov yəqin ki, "refresh" düyməsinin minimum ağrı ilə keçmə yolunun xəritəsini çoxdan çəkib. Güman edirəm ki, bu qış yenidən komplektləşməyə başlayan komanda yayda bir qədər də güclənib üzümüzə gələn yaydan etibarən Avropanı yenidən fəth etməyə başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər