Bu gün avrokubokların növbəti final oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, Konfrans Liqasında mövsümün qalibi bəlli olacaq.
Avropanın üçüncü dərəcəli klub turnirinin həlledici matçı Afinada baş tutacaq. "Olimpiakos" "Fiorentina" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
Qeyd edək ki, 3-cü dəfə təşkil olunan turnirin kubokunu əvvəlki illərdə "Roma" (2021/22) və "Vest Hem" (2022/23) qazanıb.
Konfrans Liqası
Final
29 may
23:00. "Olimpiakos" – "Fiorentina" - 0:0
Baş hakim: Artur Diaş (Portuqaliya)
Afina. OPAP Arena
İdman.biz