top
Fariz Yusifov: Hakimlər VAR-a çox arxayın olmasınlar, epizodlara yaxın mövqedən baxsınlar Report.az
03 mart 2026, 15:11
- ↺ +

Fariz Yusifov: Hakimlər VAR-a çox arxayın olmasınlar, epizodlara yaxın mövqedən baxsınlar

Misli Premyer Liqasının oyunlarını idarə edən hakimlər VAR sisteminə çox arxayın olmamalıdırlar.

Bunu "Report"a açıqlamasında FIFA referisi Fariz Yusifov bildirib.

Təcrübəli ekspert çempionatda gərginliyin artmasını təbii qarşılayır:

"Artıq çempionatın final mərhələsinə keçid edirik, sona 11 tur qalıb. Hər il bu dövrdə gərginlik pik həddə çatır. Bəzi komandaların hər xırda qayda pozuntusuna görə etiraz bildirməsi anlaşılandır. Klublar il ərzində çəkdikləri əziyyətin bəhrəsini görmək istəyirlər və bəzən öz səhvlərindən çox hakim qərarları üzərində dayanırlar. Məncə, bunu belə qəbul etmək düzgün deyil. Xüsusən son vaxtlar "Neftçi" tərəfindən müəyyən epizodların sosial şəbəkələrdə paylaşılmasını görürük. Rəhim Həsənov Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni seçilib. Müəyyən təcrübəsizliyi ola bilər. Amma hər turdan sonra hakim qərarlarını anlaşılan şəkildə idman cəmiyyətinə izah etməyə çalışırlar. Hakimlərə tövsiyə xarakterli fikirlərimi çatdırmaq istəyirəm. VAR sisteminə çox arxayın olmasınlar, epizodlara daha yaxın mövqedən baxsınlar. Hakim mübarizəni yaxından izləyərsə, öz təcrübəsi ilə daha qəti və düzgün qərar verər. Əks halda, bu, müəyyən səhvlərə gətirib çıxaracaq".

F.Yusifov "Qarabağ" - "Sabah" matçının idarəçiliyindən və oyunsonrası baş verənlərdən bəhs edib:

"Ötən bazar keçirilən "Qarabağ" - "Sabah" oyununa gənc hakim Tural Qurbanov təyinat almışdı. Bu il FİFA dərəcəsi alan Turalın belə məsuliyyətli yükün altına girməsi və oyunun öhdəsindən gəlməsi Azərbaycan hakimlik məktəbinin yaşadığını göstərir. Təəssüf ki, mətbuatda onun uğurlu idarəçiliyindən çox az yazıldı. Əvəzində meydandan kənarda qeyri-peşəkar hərəkətlərin şahidi olduq. Müasir futbol standartlarından danışırıqsa, təkcə meydanda deyil, ondan kənarda da davranışlarımıza fikir verməliyik. Çempion olmaq istəyən komandalar təkcə meydanda deyil, meydandan kənarda da özlərini çempion kimi aparmalıdırlar. Belə gözəl mübarizənin Azərbaycan mentalitetinə yaraşmayan hərəkətlərlə kölgələnməsi məni çox üzdü. Oyunda hakimliklə bağlı ciddi səhv görmədim. İnanıram ki, Tural və briqadası oyunun videoyazısına baxacaq, təhlil aparacaqlar və gələcəkdə səhvləri təkrarlamamağa çalışacaqlar".

Mütəxəssis Hakimlər Komitəsinin sədri Rəhim Həsənova olan etimaddan və çıxış yollarından danışıb:

"Rəhim Həsənov öz hakimimizdir, peşəkar mütəxəssisdir. AFFA rəhbərliyinin yerli kadrlara şans verməsi təqdirəlayiq haldır. Onun qaydalar çərçivəsində təhsilinə və qabiliyyətinə şübhəm yoxdur. Çempionatın sonlarına yaxın yenə də hakimlərin üzərinə yük düşəcək. Çünki onlar da il ərzində əziyyət çəkirlər. Təyinat alan hakimlər oyunlara yaxşı hazırlaşmalıdırlar. Səhvlər gərginlikdən irəli gəlir. Son vaxtlar "Neftçi" bir qədər qıcıqlanıb. Epizodlara baxdım. Fikrimcə, müasir futbolda belə hallara görə qayda pozuntusu qeydə alınmır. Bütün hallarda müasir futbola meyillilik olmalıdır. "Qarabağ" göstərdi ki, Avropa futbolu nədir. İngilislərlə ayaqlaşmaq üçün təkcə "Qarabağ"la iş düzəlmir, daxili çempionatın da səviyyəsi yüksəlməlidir. Rəhim Həsənov regionlardakı gənc hakimləri tapıb üzə çıxarmaq, onlarla iş aparmaq potensialına malikdir. Hazırda yeganə çıxış yolu yerli hakimlərə güvənmək və onlara dəstək olmaqdır. İnanıram ki, Rəhim Həsənov sabit hakimlik edən, il ərzində az səhvə yol verən referilərə son turlarda üstünlük verəcək. Hamımız - media, keçmiş hakimlər və mütəxəssislər əl-ələ verib bu sahənin inkişafına çalışmalıyıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər