top
DÇ-2026: İslandiya Azərbaycanı darmadağın etdi - 5:0 Idman.biz
06 sentyabr 2025, 00:37
- +

DÇ-2026: İslandiya Azərbaycanı darmadağın etdi - 5:0

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

İdman.biz-in Reykyavikdən verdiyi xəbərə görə, millimiz səfərdə İslandiya ilə qarşılaşıb.

Oyunun ilk hissəsinə artırılmış ikinci dəqiqədə Viktor Palsson meydan sahiblərini irəli çıxarıb - 1:0.

Komandalar fasiləyə bu hesabla yollanıblar.

Fasilədən dərhal sonra Yohannenson hesab arasındakı fərqi artırıb - 2:0. 56-cı dəqiqədə Yohannenson oyunda özünün ikinci qolunu vurub - 3:0. 67-ci dəqiqədə Qudmundsson 4-cü topu yığmamızın qapısından keçirib. 73-cü dəqiqədə isə Hlinsson hesab arasındakı fərqi 5 topa çıxarıb. Oyun bu hesabla da başa çatıb.

DÇ-2026, seçmə mərhələ
22:45. İslandiya - Azərbaycan - 5:0

Qollar: Viktor Palsson (45+2), Yohannenson (47, 56), Qudmundsson (73), Hlinsson (73)

Hakim: Sander van der Eyk (Niderland)

Reykyavik, "Lauqardalsvöllur" stadionu

***

Oyundan əvvəl ölkələrin bayraqları artıq stadiona gətirilib.

***

Azərbaycan millisinin futbolçuları oyundan əvvəl məşqə çıxıblar.

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya yığması ilə oyun öncəsi son hazırlıqlarını görür.

Məsul oyun ərəfəsində son hazırlıqlar davam edir.

***

İdman.bizin Reykyavikdən verdiyi xəbərə görə, azərbaycanlı azarkeşlər də bu oyunda komandamızı tək qoymayıblar.

Doğma komandaya dəstək vermək üçün azarkeşlər uzaq şimal ölkəsinə gəliblər.

***

Oyundan əvvəl stadionda bayram əhval-ruhiyyəsi hökm sürür.

İdman.biz xəbər verir ki, Fernandu Santuşun baş məşqçi olduğu yığma Reykyavikdə İslandiyanın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2026, seçmə mərhələ
D qrupu
5 sentyabr
22:45. İslandiya - Azərbaycan

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev

Baş məşqçi: Fernandu Santuş

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen

Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen

Baş məşqçi: Arnar Qunnlauqsson

Qeyd edək ki, qrupunun digər oyununda Ukrayna Polşada Fransanı qəbul edəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:49

Milan, Chelsea və Arsenalın sabiq oyunçusunu icarəyə götürdü

Futbol
Bu gün, 00:49

AC Milan, Nottingham Forestdan Omari Hutchinsonu icarəyə götürdü

Futbol
Bu gün, 00:10

Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında ikinci ardıcıl qələbəni qazandı

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası “London Lions” ilə sınaq oyununda üz-üzə gələcək

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası 3 sentyabrda Litvanın Kaunas şəhərində “London Lions”la qarşılaşacaq

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası London Lions ilə test oyununda qarşılaşacaq

Basketbol
Dünən, 23:45

"Sabah" basketbol komandası London Lions ilə sınaq oyununda görüşəcək

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası London Lions ilə matç keçirəcək

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası 3 sentyabrda London Lions ilə qarşılaşacaq

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası London Lions ilə sınaq oyununda qarşılaşacaq

Qarabağ FK
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı 0:1 qalibiyyəti – Video

Futbol
Dünən, 23:04

Sumqayıt - Qarabağ matçının (0:1) video icmalı

Futbol
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) videoicması

Qarabağ FK
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) video icmalı

Futbol
Dünən, 23:04

Qarabağ - Sumqayıt matçının (0:1) video icmalı

Qarabağ FK
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı 0:1 qələbəsi - Video

Futbol
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının 0:1 qalibiyyəti - Video icmalı

Futbol
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının 0:1 qalibiyyəti video icmalı

Futbol
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı qələbəsi - Video

Qarabağ FK
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) video icmalı

Qarabağ FK
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) videoicması

Futbol
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı 0:1 qələbəsi - Video icmalı

Qarabağ FK
Dünən, 23:04

Qarabağ – Sumqayıt matçının qələbəsi (0:1) video icmalı

Futbol
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısında 0:1 qalibiyyəti - Video icmalı

Oxşar xəbərlər