top
Coşqun Diniyev: Araz-Naxçıvana xeyir vermək üçün hər şeyi edəcəyəm - MÜSAHİBƏ Report.az
Bu gün, 12:35
- +

Coşqun Diniyev: "Araz-Naxçıvan"a xeyir vermək üçün hər şeyi edəcəyəm - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın yeni transferi Coşqun Diniyev "Report"a müsahibə verib. 29 yaşlı yarımmüdafiəçi Premyer Liqaya qayıdışından və bir sıra maraqlı məqamlardan danışıb. Azərbaycan millisinin üzvü bölgə klubunu seçməyinin səbəbini də açıqlayıb.

- "Araz-Naxçıvan"a transferiniz sürpriz oldu. Keçid necə baş tutdu?
- Fikrimdə Azərbaycana qayıtmaq var idi. Klubun rəhbəri Zaur Axundova təşəkkürümü bildirirəm. O, məni komandasında görmək istədiyini bildirdi və təklif göndərdi. Və biz masa arxasına əyləşdik, danışdıq, şərtlər hər iki tərəfi qane etdi. Bu danışıqlardan sonra "Araz-Naxçıvan"da oynamaq istədiyimə əmin oldum.

- Klubun avrokuboklara iddialı olması təklifi qəbul etməyinizdə nə dərəcədə ciddi rol oynadı?
- Əsas rol oynadı desək, yanılmarıq. Çünki əvvəlki "Araz-Naxçıvan"la indiki arasında çox fərq var. Komanda ötən il uğur qazanmışdı. Bu il də hədəf eyni nəticəni təkrarlamaqdır. Mənə görə "Araz-Naxçıvan" Azərbaycanda ilk üç və ya "dördlük"də gələn komandalardan biridir. Həm də Zaur müəllimlə danışığımız yaxşı alındı.

- Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla aranızda nə kimi danışıqlar getdi?
- Sadəcə, oturduq və bir-birimizi dinlədik. Hər iki tərəf nə istəyir, onu müzakirə etdik. Həmin görüşdə Zaur müəllimin mənə güvəndiyini hiss etdim. Və həmin andan sonra mənim üçün qərar vermək asan oldu.

- Türkiyə karyeranızı özünüz üçün uğurlu hesab edirsiniz?
- "Bandırmaspor" və "Ümraniyəspor"da hər şey yolunda gedirdi. Yalnız "Çorum"da işlər ürəyimcə olmadı. Bu komandaya mövsümün ortasında getmişdim. Bəzi şeylər baş verdi, lakin futbolçuyuq, bu barədə danışmağım düzgün olmaz. Halbuki komandanın ilk oyunundakı qələbəsində əsas pay sahibi mən olmuşdum. Dayaq yarımmüdafiəçisi olmağıma baxmayaraq, dubl etmişdim. Bununla belə, baş məşqçi məni ardıcıl 6 oyunda meydana buraxmadı.

- Meydana buraxılmamağınızın səbəbi nə idi?
- Vallah, mən də bilmirəm. Bu məsələ ilə bağlı azərkeşlər sosial şəbəkələrdə ayağa qalxmışdılar. "Niyə Coşqunu oynatmırsan" deyə söhbətlər böyüyürdü. Amma həmin baş məşqçinin özünün sevimli oyunçuları var idi və onları dəyişmək istəmirdi. Lakin 6 turdan sonra məğlub olduqdan sonra onu istefaya göndərdilər.

- Belə hadisələrlə üzləşdikdə ölkəmizə qayıtmağı düşünməyə başlayırdınız?
- Bəli, artıq yorulurdum. Düzdür, futbolçunun karyerasında bir çox hadisə baş verə bilər. Amma artıq övladım böyüyür, məktəbə getməlidir. Bu səbəbə görə də Azərbaycana qayıtmağı düşündüm. İstəmirdim ailəm yollarda qalsın. Tez-tez gedib-gəlmək yorucu olur.

- O zaman sizi karyeranızın sonuna qədər Azərbaycanda görə biləcəyimizi deyə bilərik?
- Xeyr, buna əmin deyiləm. Futboldur, sabah elə təklif ala bilərəm ki, mənə uyğun olar, qəbul edərəm. Amma deyə bilərəm ki, hazırda "Araz-Naxçıvan"ın futbolçusuyam və bu kluba xeyir vermək üçün hər şey edəcəyəm.

- Ümumiyyətlə Azərbaycana qayıtmağı karyeranız üçün geri addım hesab etmirsiniz?
- Yox, elə düşünmürəm. Çünki artıq 29 yaşım var. Düşünürəm ki, müəyyən təcrübəyə sahib olmuşam. Çox sərt çempionatdan gəlirəm. Əldə etdiyim təcrübə ilə komandama xeyir verə biləcəyimi düşünürəm.

- "Çorum"da son oyunlarda meydana çıxmamağınız milli komandaya dəvət almağınıza mane ola bilər?
- Sözün açığı, heyətdə yer alacağımı düşünmürəm. Çünki sizin də qeyd etdiyiniz kimi, son oyunlarda meydanda yox idim. Baxmayaraq ki, milli komanda ilə bir ay təlim-məşq toplanışında olmuşam. Təbii ki, təklif gəlsəydi, bunu böyük sevinc hiss ilə qarşılayardım.

- Qarşıdan Azərbaycan millisinin 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. İlk rəqib İslandiya millisi olacaq. Matç barədə nə düşünürsünüz?
- Doğrusu, çətin olacağını düşünürəm. Bu gün bütün qruplar çətindir. Onu da nəzərə alaq ki, Premyer Liqada yerli futbolçulara bir qədər az şans verirlər. Amma inanıram ki, uğurlu başlanğıc edəcəyik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:43

Qurban Qurbanov "Ferentsvaroş" oyunu öncəsi psixoloji hazırlığın vacibliyini vurğulayıb

Futbol
Bu gün, 13:39

Bəhlul Mustafazadə: "Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Futbol
Bu gün, 13:37

Qurban Qurbanovdan "Ferensvaroş" matçı öncəsi açıqlama: "Soyuqqanlı və istəkli olmalıyıq"

Futbol
Bu gün, 13:35

Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir (Çempionlar Liqası pley-off matçı öncəsi)

Futbol
Bu gün, 13:27

"Sassuolo" Nemanya Matiçi transfer etdi

Formula 1
Bu gün, 13:22

"Formula 1" üzrə Azərbaycan Qran-prisində 9 tribunaya biletlər satılıb

Formula 1
Bu gün, 13:20

Azərbaycan Qran-prisində bilet satışında son mərhələ

Futbol
Bu gün, 13:03

"Flamenqo" "Vitoriya"nı darmadağın etdi: Son 41 ildə ən böyük qələbə

Futbol
Bu gün, 13:00

Elgiz Kərəmli "Şəfa"nın hazırlıq prosesi, transferlər və yoxlama oyunları barədə danışdı

Digər
Bu gün, 12:47

Baş katib: Məşqçi kursları sağlam idmançı yetişdirməklə yanaşı, velosiped idmanını inkişaf etdirməyi də hədəfləyir

Futbol
Bu gün, 12:40

"Arsenal" Arnau Martines üçün 10 milyon avro təklif edib

Futbol
Bu gün, 12:20

Ceymi Vardi karyerasını İtaliyada davam etdirə bilər

Formula 1
Bu gün, 12:19

"Formula 1" üzrə Azərbaycan Qran-prisində tribunaların bilet satışında irəliləyiş qeydə alınıb

Voleybol
Bu gün, 12:09

Bölgələrdə Velosiped İdmanının İnkişafı üçün Məşqçi Təlimlərinə Start Verildi

Basketbol
Bu gün, 12:00

Dava salan basketbolçulara cəza verildi

Futbol
Bu gün, 12:00

Şahin Diniyev oğlunun "Araz-Naxçıvan"a keçidindən danışdı: "Artıq tək oğluma yox, komandaya azarkeşlik edəcəm"

Futbol
Bu gün, 11:44

Lukas Vaskes karyerasını "Bayer"də davam etdirəcək

Futbol
Bu gün, 11:43

"Fiorentina" "Kalyari"dən Roberto Pikkolini transfer edib

Futbol
Bu gün, 11:37

Rəşad Sadıqovun "Zirə"dəki 200-cü oyunu

Futbol
Bu gün, 11:32

"Real"ın keçmiş futbolçusu Lukas Vaskes "Bayer"lə müqavilə imzalayacaq

Futbol
Bu gün, 11:26

Rəşad Sadıqovun "Zirə"dəki 200-cü oyunu qələbə ilə yadda qalıb

Futbol
Bu gün, 11:15

Ukrayna millisinin Fransa və Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 11:13

"Cəbrayıl" 19 futbolçu ilə yollarını ayırdı

Oxşar xəbərlər