Cud Bellingemin qardaşı Cob karyerasını "Borussiya"da (Dortmund) davam etdirəcək.
İdman.biz xəbər verir ki, ingilis yarımmüdafiəçi ilə 2030-cu ilədək müqavilə bağlanıb.
Cob "Sanderland"dən transfer olunub. İstedadlı futbolçu ilə "Ayntraxt" və "Leypsiq" maraqlansa da, o, qardaşı kimi "Borussiya"nı seçib. Cud "Real"dan əvvəl məhz Dortmund klubunda forma geyinib.
Qeyd edək ki, kiçik Bellingem İngiltərə Çempionşipdə ötən mövsündə 43 oyunda 4 qol və 3 ötürmə ilə yadda qalıb. O, komandasının pley-offda qalib gələrək Premyer Liqaya yüksəlməsində böyük rol oynayıb.
İdman.biz