top
Abdulla Xaybullayev: Sabahın Konfrans Liqasının əsas mərhələsinə qədər irəliləmək potensialı var Idman.biz
02 avqust 2025, 18:23
- ↺ +

Abdulla Xaybullayev: "Sabah"ın Konfrans Liqasının əsas mərhələsinə qədər irəliləmək potensialı var

"Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayevin Sportal.az-a müsahibəsi

- Kişinyovda "Petrokub"a 2:0 qalib gəldikdən sonra yəqin ki, növbəti mərhələyə vəsiqə qazanacağınıza inamınız daha böyük idi?

- Əlbəttə ki, növbəti mərhələyə vəsiqə qazanacağımıza çox inanırdıq. "Petrokub"u Bakıda məğlub edəcəyimizə inamımız yüksək idi. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Sonda da qalib gəldik.

- "Petrokub"u evdə 4:1 məğlub etdiniz. Ötən mövsüm Konfrans Liqasında əsas mərhələyə qədər irəliləyən "Petrokub"a qarşı çətinlik çəkməməyinizin səbəbi nə idi?

- Hesab bizi aldatmamalıdır. Avrokuboklarda asan rəqib olmur. Hər iki görüş də asan deyildi. Hesabın böyük olması isə qoleadorumuz Coy-Lens Mikels və Pavol Şafranko sayəsində reallaşdı.

- Növbəti mərhələdəki rəqibiniz "Levski"(Sofiya) klubudur. Onlar az qalsın, "Braqa"nı keçəcəkdilər, amma sonda uduzdular və sizə rəqib oldular. Sizin üçün "Levski" daha uyğundur?

- Rəqibimiz "Levski"dir. Yaxşı hazırlaşacağıq və oynayacağıq. Əgər "Levski" "Braqa"ya qarşı elə mübarizə aparıb, az qala mərhələni keçirmişsə, demək ki, bizim üçün də uyğun rahat olmayan rəqibdir.

- "Levski" haqda məlumatın var?Onların müsbət və ya mənfi tərəfləri haqda nə deyə bilərsən?

- Məşqçilər korpusu rəqib barədə istənilən məlumatı bizə verəcək. Amma hələ ki "Levski" haqda məlumatımız yoxdur. Qarşıdakı günlərdə məşqçilər tərəfindən lazımı tapşırıqları alacağıq.

- Komandaların ilk görüşü Sofiyada baş tutacaq. Bunun sizin üçün mənfi hal olduğunu düşünürsüz?

- Bu haqda çox danışmağa ehtiyac yoxdur. Sadəcə onu deyə bilərəm ki, ən yaxşısı cavab görüşünü evdə oynamaqdır. Yoxsa, hər iki matçda da ən yaxşısına çalışacağıq.

- "Sabah"ın Konfrans Liqasında əsas mərhələyə qədər irəliləmək potensialı var?

- Əlbəttə ki, potensialımız var. Niyə də olmasın? Biz addım-addım irəliləmək istəyirik. Hər görüşdə mübarizə aparacağıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Futbol
Bu gün, 18:59

Mauro İkardi Betislə görüşlər keçirir

Futbol
Bu gün, 18:56

Mançester Siti'li Fil Foden Çempionlar Liqasında üçüncü turun ən yaxşı futbolçusu seçildi

Digər
Bu gün, 18:43

“Beşiktaş”ın baş məşqçisindən “Kristal Palas”la oyun öncəsi qərar

Digər
Bu gün, 18:35

“Səbail” iki Avropa klubu ilə əməkdaşlığa hazırlaşır

Digər
Bu gün, 18:29

“Bizi gözəl günlər gözləyir, buna inanıram”

Qarabağ FK
Bu gün, 18:29

Vaqif Cavadov “Sabah” - “Qarabağ” qarşılaşmasından gözləntilərini bölüşdü

Digər
Bu gün, 18:23

Argentina millisi Skaloni ilə razılıq əldə etdi

Oxşar xəbərlər