Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək mərasimdə Azərbaycan çempionunun da mümkün rəqibləri dəqiqləşəcək.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək. Bu mərhələnin oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra olacaq.
"Qarabağ"ın potensial rəqibləri
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi
"Hamrun" (Malta) - "Dinamo Kiyev" (Ukrayna) cütünün qalibi
"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.
İdman.biz