Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Şelburn"una məğlub olarsa, qitənin ikinci səviyyəli klub turnirində "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün uduzanı ilə üz-üzə gələcək.
Komandalar arasında birinci matç səfərdə, ikinci oyun evdə olacaq.
Qeyd edək ki, bu mərhələnin ilk görüşləri avqustun 7-də, ikinci matçları bir həftə sonra baş tutacaq.
İdman.biz