Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.
Mərhələ İsveçdə başlayacaq. Skandinaviya derbisində "Malmö" və "Kopenhagen" qalibi müəyyən etməyib.
Günün ən sürpriz nəticəsi "Dinamo" - "Pafos" görüşündə qeydə alınıb. Ukrayna çempionu öz meydanında 0:1 hesabı ilə uduzub. Azərbaycan çempionu "Qarabağ" da səfərdə eyni hesabla qalib gəlib.
"Reyncers" isə "Plzen"in qapısından 3 cavabsız top keçirib.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
5 avqust
21:00. "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0
22:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) - 0:1
22:00. "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1
22:45. "Reyncers" (Şotlandiya) – "Plzen" (Çexiya) - 3:0
Qeyd edək ki, mərhələnin digər görüşləri sabah olacaq.
İdman.biz