top
Samir Abasov: Qapımızda epizod görmədən uduzduğumuz oyun oldu Idman.biz
29 avqust 2025, 23:55
- ↺ +

Samir Abasov: "Qapımızda epizod görmədən uduzduğumuz oyun oldu"

"Epizodlar yaratdıq. Təəssüflər ki, bəxtimiz də gətirmir. Əvvəlki matçlarda da belə idi. Digər matçlara baxanda, bu gün komanda başqa "Neftçi" var idi. Çox ritmli və dinamik idi".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasında III turunda "Turan Tovuz" 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

- Komandanız niyə qol vura bilmir?

- İlk dəqiqədən bəlli idi ki, komandanın niyyəti nə idi. Qol buraxdıqdan sonra da təzyiqi davam etdirdik. Futbolçular çox istəyirdilər ki qol vuraq, udaq. İkinci hissədə də qırmızı vərəqə ilə planlar pozuldu. 10 nəfər qaldıqdan sonra da müdafiəçilər soyuqqanlı və məharətlə oynadılar. Qapımızda epizod görmədən, uduzduğumuz oyun oldu. Futbolçulara təşəkkür edirəm. İstəyə və dinamikaya görə. Səhvlər olacaq, tələskənlikdən irəli gələn səhvlər olacaq. Başa düşürük. Yaxşı işlər etməyə qadirik. Bu siqnalı futbolçulardan gördüm.

- Erkən qol planlarınızı nə qədər pozdu. Buraxılan qolda qapıçınızın səhvi var idi. Onu cəza gözləyir?

- Rəqibə epizod vermirdik. Bu da üzərində durduğumuz məqam idi. Reallıqda, qapıçının səhvi var. Amma bir səhvlə onu silmək, nəsə fikir bildirmək istəmirəm. Digər oyunçular da, Kənanın yanındayıq. İnanıram ki, təcrübəsi, digər liqalardakı performansını bizdə də edəcək. İşimiz bu dəqiqə oyunçu cəzalandırmaq deyil.

- Piriç Superliqada 34 oyuna 67 qol buraxıb. Bu mövsüm də hər iki oyunuzda səhvi var idi...Növbəti oyunlarda da Piriçə görə xallar itirilə bilər?

- Düşünmürük. İstəmirəm ki, ayrı-ayrılıqda futbolçuların üzərində duraq. Hansısa futbolçunun səhvindən udacağıqsa... Hər bir adam səhv edə bilər. Əsas odur ki, futbolçunu qoruyaq. Necə ki, qoruyuruq. Superliqadan qapıçı gətirmək asan iş deyil. "Neftçi" bunu etdi. "Antalyaspor"u çox analiz etmisiz ki, bu qədər məlumatım yoxdur.

- İndiki məqamda nədir sizi məmnun edən?

- Bugünkü oyun bizim üçün siqnal və ümiddir. Bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskikliyi var. Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram.

- Qırmızı epizod və Sambunun epizodları nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?

- Onun hansı səviyyədə referi olması hamıya bəllidir. Bu gün oyunda referilərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya deyirlər. Bilmirəm nə. Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəq haqlı idi? Rəqib bizi provakasiyaya çəkdi. Ribeyronun ixtiyar yoxdur ki, provakasiyaya cavab verisn. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir.

- "Neftçi" xalla itirməyə davam edir. Qorxmursuz ki, istefanıza səbəb ola bilər?

- Ola bilər. Futboldur.

- "Qarabağ"ı təbrik etməməkdə sizi qınayırlar..Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy "Qarabağ"ı təbrik etməyib...

- Təbrik etsəm, "Qarabağ"ın rəqibi kimi digər azarkeşlər kimi qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə. Bütün məşqçilər təbrik edib? Təbrik edən məşqçilərin qrupunda mən yoxam. Təbrik edirəm "Qarabağ"ı.

- "Turan Tovuz" onlara nisbətdə hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir. Ya da futblçuların səviyyəsi o deyil...

- Məşqçi taktikası, hər şeyə cavab verirəm. Şəxsi fikirdir və hörmətlə yanaşıram. İkinci məsələ, futbolçularımın səviyyəsi haqda imkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi.

- Niyə komanda asmalar etmir? "İmişli" ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiz...

- Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alsaq ki, üç o boyda müdafiəçiləri var. Başla oynayırlar. Bu da anlaşılmazlıq olar.. Rəqibdə 1.50-lik müdafiəçiləri də olsaydı, bizim oyun üslubu tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsə, oyunda başqa şey tələb etmək. Bu sualla, futbolçunu da yolundan çıxarmış oluruq. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Oxşar xəbərlər