ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda futbol üzrə klublararası dünya çempionatının final oyunu keçirilib.
İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada İngiltərənin "Çelsi" və Fransanın PSJ komandaları üz-üzə gəlib.
"Çelsi" ilk hissədə vurduğu 3 qol sayəsində rəqibinə böyük hesabla qalib gəlib - 3:0.
Qeyd edək ki, PSJ son mövsümdə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
Klublararası dünya çempionatı 2025
Final
13 iyul
23:00. "Çelsi" - PSJ 3:0
İdman.biz