ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.
"Report"un məlumatına görə, final oyununda Fransanın "PSJ" klubu İngiltərə təmsilçisi "Çelsi" ilə üz-üzə gəlib.
Qarşılaşma "Çelsi"nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə meydanın mərkəzinə dəvət ediblər.
London təmsilçisinin heyətində Koul Palmer iki dəfə (22, 30-cu dəqiqə), Joao Pedro (43) bir dəfə fərqlənib.
Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.