Klublararası dünya çempionatının ən yaxşı gənc futbolçunun adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu ada PSJ-nin 20 yaşlı hücumçusu Dezire Due layiq görülüb.
O, ABŞ-də təşkil olunan turnirdə 7 oyunda meydanda olub və bir qol vurub.
Qeyd edək ki, turnirin həlledici görüşündə PSJ-yə 3:0 hesabı ilə qalib gələn "Çelsi" kuboku başı üzərinə qaldırıb. London klubunun heyətində Koul Palmer dublla yadda qalıb. Üçüncü qolun müəllifi isə Joao Pedro olub.