Türkiyənin "Beşiktaş" klubu Artur Masuaku ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, konqolu sol cinah müdafiəçisinin bu gün başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub 31 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, "Beşiktaş" Artur Masuakunu 2022-ci ilin yayında "Vest Hem"dən transfer etmişdi. Konqo millisinin üzvü ötən mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.