"Milan" isveçrəli yarmmüdafiəçi Qranit Cakanı transferindən vaz keçib.
İdman.biz xəbər verir ki, buna səbəb futbolçunun yüksək maaş tələbidir.
"Bayer"in 8-10 milyon avro qarşılığında bu keçidə yaşıl işıq yandıracağı xəbərləri yayılmışdı. Amma Cakanın özü ilə aparılan danışıqlar uğursiz olub. Bundan sonra "Milan"ın yenidən "Valensiya"da çıxış edən Xavi Gerre variantına üstünlük verəcəyi bildirilib.
Qeyd edək ki, Gerrenin transferi üçün "Valensiya" 16+4 milyon avro tələb edir. Onun 22 yaşında olması milanları seçimində böyük rol oynayacaq.
İdman.biz