Təlim-məşq toplanışı üçün Avstriyaya yollanan milli komanda bu gün səfərə çıxır. Sport24.az xəbər verir ki, yığmanın aparan hava gəmisi Bakı vaxtı ilə saat 20.00-da havaya qalxacaq.
Yığmaya dəvət alan bütün futbolçular Arif Əsədovun sərəncamında olsa da, Elvin Bədəlov kollektivdən ayrı düşüb. "Sumqayıt"ın müdafiəçisinə viza verilməyib. Ancaq bu o demək deyil ki, Bədəlov toplanışa qatılmayacaq. Yaxın günlərdə onun da məsələsinin həll olunacağı gözlənilir.