"Real"ın davamlı marağı fonunda "Bavariya"ya fransız hücumçusu Maykl Olise üçün transfer qiyməti müəyyən edib. Sport24.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Almaniya klubunun rəhbərliyi 24 yaşlı cinah oyunçusunu minimum 200 milyon avro qarşılığında buraxmağa hazırdır.
Qeyd edək ki, fransız futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Rəhbərlik onunla müqavilənin daha yaxşı şərtlərlə uzadılması barədə danışıqları davam etdirirlər. Bununla belə, Münhen təmsilçisi istisna etmir ki, bu yay futbolçunun özü karyerasında növbəti addımı atmaq istəyərək İspaniya paytaxtına keçməyi nəzərdən keçirə bilər.