Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib.
"Report" xəbər verir ki, Azərbaycan bu dəfə Rusiyanı qabaqlayıb.
Rusiya UEFA-nın yenilənmiş əmsal cədvəlində daha bir sıra itirərək 28-ci yerdən 29-cu yerə enib.
İyulun sonunda UEFA əmsal cədvəlində Sloveniya və Ukrayna Rusiyanı qabaqlayıb.
2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar FİFA və UEFA-nın qərarı ilə bu ölkənin bütün komandaları, o cümlədən milli komandalar beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Belə ki, o vaxtdan bəri Rusiyanın Peşəkar Liqalarının klubları avrokuboklarda iştirak etmir.