top
Şaqil Sno: Qarabağa qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm Idman.biz
31 avqust 2025, 15:37
- ↺ +

Şaqil Sno: "Qarabağ"a qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm

Bu mövsümdən "Karvan-Yevlax"ın formasını geyinməyə başlayan Şaqil Sno Sportal.az saytına müsahibəsi

- "Karvan-Yevlax" son turda "Kəpəz"lə görüşdə qalib gəlməyi bacarmışdı. İlk turda isə "Qəbələ" ilə heç-heçə etdiniz. Bu cür performans gözləyirdiniz?

- Düşünürəm ki, çox yaxşı başlamışıq və düzünü desəm, ilk iki matçdan dörd xal qazanmağımız mənim üçün sürpriz deyil. Komandamızın keyfiyyətinə inanıram. Yaxşı oyunçulardan ibarət güclü qrupumuz var və ən əsası, meydanda bir-birimiz üçün mübarizə aparırıq. Çox çalışmaq və birliyimizi davam etdirsək, bu mövsüm çox şey əldə edə biləcəyimizə inanıram.

- Bu gün "Qarabağ" önünə çıxacaqsınız. Bu komanda Azərbaycanda hegemonluq edir. Onlara qarşı oyun sizin üçün təhlükəli gəlir?

- "Qarabağ"a qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm. Təbii ki, "Qarabağ" böyük komandadır. Amma futbolda hər şey mümkündür. Hər matç 0:0 başlayır. Şəxsən mən böyük rəqiblərə qarşı bu cür oyunlardan həzz alıram.

- Ümumiyyətlə, "Karvan" liqada hansı nəticəni göstərə bilər, avrokuboklar uğrunda mübarizəyə qoşulmağınız realdır?

- Dediyim kimi, komandanın yüksək keyfiyyətə malik olduğuna inanıram. Hələ mövsümün çox yenidir. Amma bu ruhla, mübarizəyə vahid kimi oynamağa davam etsək, düşünürəm ki, çoxlarını təəccübləndirə bilərik. Addım-addım, bunun bizi hara apardığını görəcəyik. Ən əsası ardıcıllıqdır.

- "Karvan"a keçidin necə alındı? Bu komanda və ya Azərbaycan Premyer Liqası, Azərbaycan futbolu haqqında məlumatın var idi?

- Agentlərdən biri mənimlə əlaqə saxladı və bu cür fürsətin olduğunu bildirdi. Azərbaycan liqası haqqında artıq bəzi məlumatlara sahib idim. Çünki dostlarımdan bəziləri əvvəllər burada oynayıblar. Onlar mənə ölkə, insanlar və futbol haqqında müsbət fikirlər söyləmişdilər. Əsas məqsədim sadədir: mümkün qədər çox oynamaq, öz keyfiyyətlərimlə komandaya kömək etmək və futbolçu kimi böyümək istəyirəm. Təbii ki, liqada yüksək yer tutmaq yaxşı olardı.

- Hazırda Yevlaxda yaşayırsınız. Orada sənin üçün həyat necə gedir? Yəqin ki, insanlar səni tanıyır, sizinlə maraqlanır...

- Yox, mən ailəmlə birlikdə Mingəçevirdə yaşayıram. Burada həyat çox sakitdir, böyüdüyüm Amsterdamdan çox fərqlidir. Amma burada özümü yaxşı hiss edirəm. Mingəçevirdə insanlar uşaqlara qarşı çox gözəl davranır, çox mehribandırlar, ümumilikdə də insanlar mehriban və yardımseverdir. Qızım bundan çox zövq alır. Birlikdə çöldə çox vaxt keçiririk. Bəzən insanlar məni tanıyır, birlikdə şəkil çəkdirməyimizi istəyirlər və ya məni dayandıraraq, söhbət edirlər.

- "Karvan" ev oyunlarını Yevlaxda keçirir. Stadionun ot örtüyü hazır olmadığı üçün Şamaxıda oynayırsınız. Yevlaxdakı ev oyunlarınızı səbirsizliklə gözləyirsiniz?

- Bəli, qəti belədir. Yevlaxdakı öz stadionumuzda oynamağı səbirsizliklə gözləyirəm. Eşitmişəm ki, "Karvan"ın Azərbaycanda ən yaxşı pərəstişkarları var, ona görə də bu atmosferi yaşamaq üçün səbirsizlənirəm. Arxanızda tərəfdarları görmək həmişə xoş hissdir. Evdə oynamaq onlara həzz alacaqları anlar vermək deməkdir.

- Azərbaycanda əvvəllər çıxış etmiş futbolçular arasında dostlarınız və ya tanışlarınızdan kimlər var?

- Bəli, əvvəllər bu liqada oynamış dostlarım var. Onlar mənə Azərbaycan futbolu və həyatı haqqında yaxşı şeylər danışdılar ki, bu da buraya gəlməmişdən əvvəl mənə aydın təsəvvür yaratmağa kömək etdi. Mən bir neçə ölkəyə köçmüşəm və yeni bir ölkəyə getdiyiniz zaman artıq bəzi məlumatlarınız varsa və sizdən əvvəl müsbət təcrübəsi olan insanları tanıyırsınızsa, bu həmişə asan olur.

Həmçinin "Telstar" (Niderland) və "Botoşani"dən (Rumıniya) keçmiş komanda yoldaşlarımdan bəziləri hazırda "Şamaxı"da oynayır. Onları yoldaşlıq görüşü zamanı meydanda rastlaşanda təəccübləndim. Çünki yeni liqada oynamağa başlayanda tanış simaları görmək həmişə maraqlı və xoşdur.

- Sno soyadını eşidəndə dərhal ağlıma Evander Sno gəlir. O, bir vaxtlar "Ayaks" və "Seltik"də çıxış edib. Onunla qohumluq əlaqələrin var?

- Bəli, o, mənim qohumumdur. Amma düzünü desəm, onunla yaxından münasibətimiz yoxdur. Mənim çox böyük ailəm var. Ona görə də hamı ilə sıx əlaqə saxlamıram. Amma təbii ki, onun karyerasından xəbərdaram.

- Azərbaycan Premyer Liqasında artıq iki oyun keçirmisən. Çempionatın səviyyəsi ilə bağlı fikirlərin necədir?

- Düşünürəm ki, liqa çox yaxşı səviyyədədir. Komandaların yaxşı təşkil olunduğunu, oyunların gərgin keçdiyini və diqqətinizi tam cəmləmədiyiniz təqdirdə, hər bir rəqibin problem yarada biləcəyini görə bilərsiniz. Hər kəs bir-birinə qalib gələ bilər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Roma, Brahim Diaza görə lazımi təzminatı ödəməyə hazır: Transfer planları

Voleybol
Bu gün, 14:54

Çempionlar Liqasında Azərbaycan təmsilçiləri: "Xilasedici" debüt edir, "Turan" isə əsas mərhələ uğrunda savaşır

Olimpiada
Bu gün, 14:45

İkiqat Olimpiya çempionu Yelena İsinbayeva bank hesabı yenidən bloklanıb

Futbol
Bu gün, 14:40

Eneri Keyn: "Bavariya"ya keçmək karyeramda mühüm addım oldu

Futbol
Bu gün, 14:24

İspaniyada "Tenerife" hücumçusu Xesus de Miguel ağır zədə alaraq vəfat etdi

Futbol
Bu gün, 14:20

"Sabah"ın "Vikinq"ə qarşı Çempionlar Liqası görüşündə anşlaq olacaq

Futbol
Bu gün, 14:09

Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 millisinə dəvət alıb

Güləş
Bu gün, 14:06

Arseni Çoyev noyabr 2026 reytingində birinci pillədə

Futbol
Bu gün, 14:01

Azərbaycan hakimləri UEFA Avropa Liqasının 4-cü tur oyunlarında rəhbərlik edəcək

Futbol
Bu gün, 14:00

Teneifefin futbolçusu Xesus de Miçel Alameda müalicə aldığı xəstəxanada dünyasını dəyişib

Futbol
Bu gün, 13:55

Gökdeniz Karadeniz: Azərbaycan futbolunda yaşanan inkişaf və Kurban Berdiyevin hamısı

Digər
Bu gün, 13:48

NFL matçında atəşfəşanlıq helikoptere tuş gəldi - VİDEO

Futbol
Bu gün, 13:41

Arteta futbolçularını sınağa çəkdi: Arsenal məşqçisinin maraqlı hiyləsi

Voleybol
Bu gün, 13:40

"Xilasedici" CEV Çempionlar Liqasında "Sportinq"ə qarşı mübarizəyə başlayır

Futbol
Bu gün, 13:26

UEFA Çempionlar Liqasının 4-cü turu: Doqquz qarşılaşma, favoritlər və tarixi rekordlar

Futbol
Bu gün, 13:20

Manchester United, Unai Emery'i potensial baş məşqçi kimi nəzərdə tutur

Futbol
Bu gün, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Futbol
Bu gün, 13:00

Mahmud Qurbanov: "Kəpəz"in uğurlarında azarkeşlərinə dəstəyinin birbaşa rolu var

Futbol
Bu gün, 12:58

AFC 2027-ci il Asiya Kubokunun yeni tarixini 23 dekabr 2027 - 21 yanvar 2028 müəyyən etdi

Basketbol
Bu gün, 12:51

LeBron Ceyms Azarkeşlə Toqquşaraq Onun Şərabını İçdi – VİDEO

Futbol
Bu gün, 12:26

AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq, Samuel Nonqoh'u 1 oyunluq cəzalandırıb

Futbol
Bu gün, 12:26

Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Vikinq"in iki bərabərhüquqlu baş məşqçisi diqqət çəkir

Futbol
Bu gün, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi;

Qarabağ FK
Bu gün, 12:17

"Qarabağ" klubu 3000 manat pirotehnika, 1500 manat ad yazımı üçün cərimələnib

Oxşar xəbərlər