Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə ilk turun təqvimi dəqiqləşib.
12 klub mübarizə aparacağı Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
I tur
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
"Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
***
09:06
Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.
Yeni mövsümdə 12 klub mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
İdman.biz