top
Azərbaycan millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib Report.az
03 may 2024, 11:57
- +

Azərbaycan millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib

Toplanışın məqsədi seleksiya xarakterli idi.

Bunu "Report"a açıqlamasında 18 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Füzuli Məmmədov keçirdikləri təlim-məşq toplanışı barədə danışarkən deyib.

Mütəxəssis aprelin 28-dən mayın 3-nə qədər olan toplanışın seleksiya xarakteri daşıdığını söyləyib: "Bir yoldaşlıq matçı da nəzərdə tutulmuşdu. Toplanış ərzində bir və ya iki dəfə məşq keçdiyimiz günlər oldu. Bütün məşqlər futbolçuların keyfiyyətlərini daha yaxından öyrənməyimizə hesablanmışdı. Bundan sonra daha iki təlim-məşq toplanışı nəzərdə tutulub".

F.Məmmədov əsasən keyfiyyəti barədə az məlumatlı olduqları futbolçularla bağlı bilgi əldə etmək istədiklərini nəzərə çatdırıb: "Bu il yarışımız olmadığı üçün çalışırıq ki, keyfiyyətləri barədə az məlumatlı olduğumuz futbolçularla bağlı bilgi alaq. Yarış ili olanda geniş miqyasda seleksiya xarakterli toplanışlar keçirə bilmirik. Nəticədə daha az, xüsusi ilə də tanıdığımız futbolçuları milliyə dəvət edirik".

"Toplanış planlaşdırdığımız kimi getdi. Futbolçular çox əzmkar idilər, əllərindən gələni etdilər. Özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar ki, bu da bizi sevindirir. Bəzi futbolçular növbəti toplanışlara yenə çağırılacaqlar. Bəzilərini elə klublarında izləyəcəyik. Məşqlərinə, bütün oyunlarına baxırıq. Milli komandaya hər zaman ən yaxşı futbolçuları dəvət etməyə çalışmışıq. Bu gün də yaxşı futbolçular üçün millinin qapısı açıqdır. Onlardan istəyimiz odur ki, əzmkar məşq etsinlər, oyunlarda özlərini yaxşı göstərsinlər, yığmaya dəvət almaq üçün əllərindən gələni əsirgəməsinlər. Yanaşma çox önəmlidir", - deyə o bildirib.

Keçmiş futbolçu toplnışda ciddi çətinlik çəkmədiklərini də deyib: "Toplanışa dəvət etdiyimiz futbolçuların əksəriyyəti Azərbaycan klublarından gəlmişdilər. Növbəti toplanışlara xaricdə oynayan futbolçularımızdan bəzilərini çağırıb yoxlamaq istəyirik. Klublarımızla heç vaxt çətinliklərimiz olmayıb. Hər zaman onlarla əlaqədəyik, münasibətlərimiz normaldır".

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər