Millimizin Macarıstan yığması ilə yoldaşlıq oyununun təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, Bakıda baş tutacaq görüşü Belarusdan olan baş hakim idarə edəcək.
İyunun 10-da keçiriləcək qarşılaşmada Viktor Şimusik fit çalacaq. Ona həmyerliləri Sergey Kasavets və Anton Qusev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 20:00-da "Liv Bona Dea Arena"da başlayacaq.
İdman.biz