"Bayer Leverkusen"dən ayrılan Florian Virts yeni klubu "Liverpul"da ən çox qazanan oyunçularından birinə çevriləcək.
İdman.biz xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bonuslar nəzərə alınmadan həftəlik 225 min avro qazanacaq.
Mümkün əlavələri nəzərə alsaq, məbləğ həftədə 285.000 avroya, illik gəlir isə 15 milyon avroya qədər arta bilər.
Müqaviləyə əsasən, komanda hədəflərinə çatdıqda oyunçuya veriləcək məbləğ ümumilikdə 116 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, şərtlərin razılaşdırılmasına baxmayaraq, transfer hələ tamamlanmayıb. Futbolçu tibbi müayinədən keçməlidir. Tətildən qayıtdıqdan sonra Virtsin İngiltərəyə köçmək üçün hazırlıqlara başlayacağı gözlənilir.
İdman.biz