"Arsenal" "Milan"ın iki oyunçusu - 19 yaşlı müdafiəçi Davide Bartezagi və 20 yaşlı qapıçı Lorenso Torriani ilə maraqlanır.
İdman.Biz xəbər verir ki, bu barədə məlumatı "Calciomercato" yayıb.
Mənbəyə görə, London klubu bu oyunçuların transferlərini "tez bir zamanda" başa çatdıra bilər. Vurğulanır ki, "topçular" (Arsenal) qarşıdan gələn transfer pəncərəsində böyük məbləğdə investisiya qoymağı planlaşdırmırlar, lakin gənc oyunçuları cəlb etməyə açıqdırlar.
Bartezagi bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Torriani bu mövsüm "rossonero"nun (qırmızı-qara) əsas komandasında bir dənə də olsun oyun keçirməyib.