İngiltərənin "Arsenal" futbol klubunun hücumçusu Qabriel Jezusun "Barselona"ya transferi yekunlaşır.
İdman.Biz jurnalist Viktor Navarroyaya istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək və bundan sonra Kataloniya klubuyla müqavilə imzalayacaq.
Müqavilə iki mövsümlük olacaq və daha bir il uzadılması nəzərdə tutulur. "Barselona" "Arsenal"a 10 milyon avro ödəyəcək, daha 5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.
"Barselona"nın yeni transferinin təqdimatının çərşənbə axşamı və ya çərşənbə günü keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. O, həmin vaxt London klubuna "Mançester Siti"dən keçib.