"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət olunub.
İdman.biz xəbər verir ki, 31 yaşlı qolkiper iyunun 6-da Polşa ilə yoldaşlıq, iyunun 9-da isə DÇ-2026-nın qrup mərhələsi çərçivəsində İtaliya ilə keçirəcəyi oyunlar üçün baş məşqçi Sergey Klesçenkonun açıqladığı siyahıda yer alıb.
Avram 2023-cü ildən "Araz-Naxçıvan"ın heyətində çıxış edir.
İdman.biz