UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Kiprdə "Omoniya"nın qonağı olacaq "Araz-Naxçıvan"ın səfər planı müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat katibi Mahal Məmmədov məlumat verib.
Komanda sabah səhər Baki - Afina - Larnaka reysi ilə yola düşəcək. Avqustun 12-si və 13-ü axşam isə Nikosiyada məşqlər olacaq.
Səfərdə "Araz-Naxçıvan"ı dəstəkləmək üçün hələ heç kim kluba müraciət etməyib.
Qeyd edək ki, "Omoniya" - "Araz-Naxçıvan" matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
İdman.biz