top
Aqil Nəbiyev: Bu komanda ilə gələcəkdə böyük işlər görmək olar Sport24.az
Bu gün, 10:12
- +

Aqil Nəbiyev: "Bu komanda ilə gələcəkdə böyük işlər görmək olar"

"UEFA Pro kursu ilə bağlı bir neçə gün Slovakiyada olduğumdan, komandaya dünən səhərə yaxın qoşulmuşam. Moldova ilə oyunda uşaqların əzmkarlığı, xarakter göstərmələri təqdirəlayiqdir. Düzdür, müdafiədə bəzi boşluqlar yaranırdı. Buna baxmayaraq, komanda sonda əzmkarlıq nümayiş etdirərək, qələbə qazanmağı bacardı".

 

Sport24.az xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (3:2) sonra AFFA-nın mətbuat xidmətinə bildirib.

 

Mütəxəssis futbolçularına güvəndiyini vurğulayıb: "Böyük potensiala malik, gələcəyə ümid verən komandamız var. Həm U-16, həm də U-17 milli ilə yaxşı nəticələr əldə edirik. Ümid edirəm ki, bunun davamını U-17 ilə seçmə mərhələ oyunlarında gətirə biləcəyik. Uşaqların inkişafı göz önündədir. Toplanış sayı çox olsa, daha sürətli inkişafa nail ola və böyük uğurlar qazana bilərik".

 

Baş məşqçi komandanın iki dəfə hesabda önə keçdikdən dərhal sonra qol buraxmasının səbəbini də izah edib: "Hesabda önə keçdikdən dərhal sonra qol buraxmağımız konsentrasiya problemindən qaynaqlanırdı. Vaxt azlığı bizə çox mane oldu. Liqalarda bəzi komandalar pley-off mərhələsinə vəsiqə qazanmadıqlarından, orada çıxış edən bir neçə futbolçumuz çoxdan idi oynamırdı. Bu da fiziki cəhətdən tam hazır olmamalarına gətirib çıxarıb. Ancaq komandama güvənirəm. Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar".

 

Aqil Nəbiyev iyunun 21-də Moldova yığması ilə keçiriləcək ikinci yoxlama matçında da qələbə qazanmağa çalışacaqlarını deyib: "İki oyun arasında cəmi bir gün vaxtımız var. Dünənki matçdan dərhal sonra uşaqların bərpası üçün çalışmalara başladıq. Qarşılaşma zamanı da mümkün qədər çox əvəzləmə etdik ki, futbolçuların bəzilərindən sabahkı görüşdə istifadə edə bilək. Məqsədimiz isə yenə mübariz oyun göstərmək və qələbə qazanmaq olacaq".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:39

Virts "Liverpul"da tibbi müayinədən keçmək üçün İngiltərəyə gəldi

Futbol
Bu gün, 14:39

Mbappe sağaldı və məşqlərə qayıdır

Basketbol
Bu gün, 14:30

U-14 Basketbolçularımız "Airom Cup"da Ardıcıl 3-cü Qələbə Qazandı

Futbol
Bu gün, 14:25

"Mançester Siti" oyunları gecikdirdiyinə görə cərimələnib

Basketbol
Bu gün, 14:14

Azərbaycan U-14 basketbol millisi "Airom Cup"da ardıcıl üçüncü qələbəsini qazanıb

Cüdo
Bu gün, 14:11

Cüdo üzrə Dünya Çempionatı: Azərbaycan millisi Almaniyaya uduzdu, komanda hesabında 14-cü oldu

Futbol
Bu gün, 14:06

"Zirə"nin qapıçısı: "Hayduk"la matçlarda meydanda döyüşçü kimi çıxış etməliyik

Futbol
Bu gün, 14:00

İvan Rakitiçin "Zirə" ilə oyunlarda iştirakı sual altındadır

Futbol
Bu gün, 13:55

"Araz-Naxçıvan" Elçin Mustafayev və Turan Vəlizadə ilə müqavilə müddətini uzadıb

Gimnastika
Bu gün, 13:49

Bədii Gimnastika üzrə Yeniyetmələr arasında Dünya Çempionatında Azərbaycan Qrup Komandasının Mübarizəsi

Futbol
Bu gün, 13:45

"Araz-Naxçıvan" iki futbolçu ilə müqaviləni uzadıb, bir sıra oyunçu ilə yollarını ayırıb

Futbol
Bu gün, 13:39

Salvatore Esposito "Beşiktaş"a keçə bilər

Futbol
Bu gün, 13:31

"Araz-Naxçıvan" Mustafayev və Vəlizadə ilə müqaviləni uzadıb, heyətdə dəyişikliklər edib

Cüdo
Bu gün, 13:17

Azərbaycan Cüdoçularının Dünya Çempionatındakı Nəticələri: Bürünc Medallar və Gözlənilməz Məğlubiyyətlər

Futbol
Bu gün, 13:16

"Sabah"ın yeni baş məşqçisi Valdas Dambrauskas oldu

Futbol
Bu gün, 13:05

"Sabah" FK Valdas Dambrauskası baş məşqçi təyin edib

Futbol
Bu gün, 13:02

"Sabah" Valdas Dambrauskası baş məşqçi təyin edib

Futbol
Bu gün, 13:00

Fernando Muslera "Estudiantes"lə Anlaşdı (Fernando Muslera "Estudiantes"lə Razılaşıb)

Futbol
Bu gün, 12:55

Qara Qarayev: "Əsas diqqətimiz öz komandamızda olmalıdır"

Futbol
Bu gün, 12:54

Qara Qarayev: "Əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır"

Futbol
Bu gün, 12:49

Qara Qarayev: "Yunanıstan klubu bizim üçün arzuolunan rəqib deyil"

Güləş
Bu gün, 12:44

Güləşçi Aslan Abakarov Dopingə Görə 36 Ay Müddətinə Diskvalifikasiya Edilib

Futbol
Bu gün, 12:40

Olcay Şahan "Yeni Mersin İdmanyurdu"nun baş məşqçisi təyin olundu

Güləş
Bu gün, 12:31

Azərbaycan güləşçisi Aslan Abakarov dopinqə görə 36 aylıq cəzalandırılıb

Oxşar xəbərlər