"Kəpəz" üç futbolçu ilə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əli Səmədov və Məmməd Hüseynovla 1, Ümid Səmədovla 2 illik anlaşma imzalanıb.
Əli son çempionatda 24 oyun keçirərək 1 qol vurub, eyni sayda assist edib. Məmməd 7 matçda "Kəpəz"in qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.