top
Anası onun bəstəkar olmasını arzulayırdı, lakin o, hakim olmağı seçdi - MÜSAHİBƏ Idman.biz
08 may 2025, 15:58
- +

Anası onun bəstəkar olmasını arzulayırdı, lakin o, hakim olmağı seçdi - MÜSAHİBƏ

Futbol hakimi Gülnurə Əkbərzadənin Sport24.az-a müsahibəsi

- Hakimliyə gəlişiniz necə alındı?

- Lənkəranda futbol oynuyurdum. Rəhmətlik Xalid müəllim məşqçim olub. Rayonda qadın futbolu olmadığına görə məni oğlanlarla yarışlara aparardı. Həmin dönəmdə veteranlardan ibarət futzal çempionatı keçirilirdi. Kömək etmək üçün məni də özü ilə aparmışdı. Orda mənə burada qadın futbolu yoxdur, bəlkə hakim olasan? dedi. Onu da əlavə etdi ki, rayonda başla, sonra Bakıda davam edərsən. Bilirdi ki, İdman Akademiyasına daxil olmaq istəyirəm. Və başladım orda hakimlik etməyə. Təxminən ilyarım Lənkəranda hakimlik etdim. Sonra davamını Bakıda gətirdim.

- Bu qərarı ailənizdə necə qarşıladılar?

- Atam birinci Qarabağ müharibəsində şəhid olub. Onda dörd yaşım var idi. Anam pianino dərslərini davam etdirməyimi istəyirdi. Anam məndən yazdığı şeirləri bəstələməyimi istəyirdi. Sadəcə mənim həvəsim yox idi. İdmana gəlməyimə bir söz demədi. Ona görə qərarıma hörmətlə yanaşdı. O, mənə həmişəm dəstək olub.

- Kişilərdən ibarət komandaların oyunlarında qadın hakim olmaq necə hissdir?

- Kişi komandalarında sürət və inkişaf baxımından hakimlik etmək yaxşıdı. Kişi futbolu daha maraqlı olur.

- Özünüzə kumir hesab etdiyiniz qadın referi var?

- Xeyr. Özümə kumir hesab etdiyim hakim yoxdu.

- Hakim olmaq istəyən gənc qızlara nə məsləhət görərdiniz?

- Hakimlik çox gözəl peşədi. Marağı olan mütləq gəlsin. Sonra da tərk edə bilməyəcəklər. FİFA dərəcəli hakim olmaq daha da maraqlıdı. Ölkələr gəzirsən, yeni tanışlar, yeni dostların olur.

- Karyeranızla bağlı ən böyük hədəfiniz nədir?

- Azərbaycanda ən böyük hədəfimə çatmışam. UEFA və FİFA bayrağı altında keçirilən final oyunlarını idarə etmək istəyərdim. Çempionlar Liqasının matçına təyinat almaq ən böyük arzumdur. İnşallah, bir gün hədəfimə çataram.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 20:09

Kamandan oxatma üzrə Bakı Şəhər Kuboku: Finalçılar müəyyənləşdi, U15-lər təsnifatı bitirdi

Futbol
Bu gün, 20:00

"Mançester Siti" "Liverpul"u böyük hesabla məğlub edərək İngiltərə Kubokunun yarımfinalına yüksəldi

Futbol
Bu gün, 19:56

"Mançester Siti" "Liverpul"u Federasiya Kubokunda darmadağın etdi

Futbol
Bu gün, 19:51

Oskar futbolçu karyerasını bitirdiyini açıqlayıb

Futbol
Bu gün, 19:39

"Bavariya" "Frayburq" üzərində möhtəşəm qələbə qazandı

Cüdo
Bu gün, 19:33

Rza Xəlilli: Gəncədəki Avropa Kubokunda qızıl medal qazanmağı düşünürdüm və Berlində də qazanmaq niyyətindəyəm

Futbol
Bu gün, 19:30

“Barselona” 300 qol göstəricisinə yaxınlaşır

Futbol
Bu gün, 19:30

"Qarabağ"ın U-12 komandası "Antalya Friendship Cup 2026" turnirində

Futbol
Bu gün, 19:26

Əli Səmədov: "Qəbələ" ilə matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik

Futbol
Bu gün, 19:14

Türkiyə Superliqası: "Kasımpaşa" "Kayserispor"u məğlub edib, qolu qapıçı vurub, "Göztəpə" "Gənclərbirliyi"ni üstələyib

Futbol
Bu gün, 19:10

Sesk Fabreqas İtaliya A Seriyasında martın ən yaxşı məşqçisi seçilib

Cüdo
Bu gün, 18:58

Avropa Kuboku: Azərbaycan yeniyetmə cüdoçuları ilk gündə 8 medal qazanıblar

Cüdo
Bu gün, 18:57

Gəncədə yeniyetmələr arasında Cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib

Basketbol
Bu gün, 18:50

Tahir Baxşıyev: "Sumqayıt"la cavab görüşünə ciddi hazırlaşacağıq

Futbol
Bu gün, 18:50

"Barselona" "Atletiko" ilə oyunda 2015-ci ildən sonra ilk dəfə ev formasında oynayacaq

Basketbol
Bu gün, 18:37

Vadim Kuramşın: "Sumqayıt"ın NTD ilə oyunda gücü çatmadı

Futbol
Bu gün, 18:35

Çerki Ekitike ilə forma dəyişdi, sonra fikrini dəyişdi - VİDEO

Futbol
Bu gün, 18:29

“Real Sosyedad” La Liqada “Levante”yə qalib gəlib

Futbol
Bu gün, 18:24

Mate Abuladze: "Qəbələ" ilə oyun turnir cədvəlinə görə prinsipial olacaq

Cüdo
Bu gün, 18:20

Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku: Açılış, yarışlar və finallar - YENİLƏNİR + FOTO

Futbol
Bu gün, 18:00

LEGO-nun reklam fırıldağı: Ronaldu, Messi və ulduzlar dublyorla əvəzlənib

Futbol
Bu gün, 17:58

Kiran Trippyer "Nyukasl"dan ayrılır

Futbol
Bu gün, 17:50

İngiltərə Kuboku: "Mançester Siti" "Liverpul"u darmadağın etdi və yarımfinala yüksəldi

Futbol
Bu gün, 17:47

Qvardiola yoldaşlıq oyunlarının mənasız olduğunu dedi

Oxşar xəbərlər